Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə görə məhkəmə qurulmasını tələb edir

Fon der Leyen: “İndiyə qədər 20 mindən çox dinc sakinin öldürüldüyü təxmin edilir”...

PİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, AB Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı verdiyi açıqlamada deyib:

“İndiyə qədər 20 mindən çox mülki vətəndaşın və 100 mindən çox Ukrayna əsgərinin öldürüldüyü təxmin edilir”.

Fon der Leyen Rusiyanın Ukraynadakı cinayətlərinin araşdırılması üçün “ixtisaslaşdırılmış məhkəmə” yaradılmasını təklif edib və Aİ-nin bu məsələdə beynəlxalq ictimaiyyətlə işləməyə hazır olduğunu bəyan edib.

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabından Rusiya və Ukraynadakı müharibə haqqında videomüraciət yayıb.

Rusiyanın Ukraynada “dağıdıcı, ölümcül və izahı mümkün olmayan əzablara səbəb olduğunu” ifadə edən Fon der Leyen: “Rusiya suveren dövlətə qarşı təcavüz cinayəti də daxil olmaqla, törətdiyi bütün cinayətlərin əvəzini ödəməlidir”, deyib və belə bir dəyərləndirmə edib:

“Beynəlxalq cinayət məhkəmələrini dəstəkləməyə davam edərkən, Rusiyanın təcavüz cinayətinin araşdırılması və mühakimə olunması üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən ixtisaslaşdırılmış tribunal yaradılmasını təklif edirik. Biz bu ixtisaslaşdırılmış məhkəməyə mümkün qədər geniş dəstək qazanmaq üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazırıq”.

Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi (ICC) müharibə başlayandan qısa müddət sonra təhqiqata başlayıb, lakin BCM-nin Ukraynadakı cinayətləri təqib etmək səlahiyyətləri yoxdur.

Ukrayna bir müddətdir müharibənin başlamasına görə məsuliyyət daşıdığı rus əsgərlərinin və siyasi liderlərin mühakimə olunması üçün xüsusi məhkəmənin yaradılmasını istəyir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar