Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Papa çeçenləri və buryatları “ən qəddar rus əsgərləri” adlandırıb - Zaxarova isə ona “pozğun” deyib

Mariya Zaxarova Rusiya hərbiçilərinin Ukraynadakı vəhşiliklərindən danışan Roma Papasını həqiqəti pozğuncasına təhrif etməkdə ittiham edib…

PİA.az xəbər verir ki, Roma Papası Fransisk çeçenləri və buryatları Ukraynada fəaliyyət göstərən rus qoşunlarının ən qəddar hissəsi adlandırıb. O, bu barədə Amerikanın “America Magazine” jurnalına müsahibəsində bildirib.

“Ukraynadan danışanda şəhid milləti düşünürəm. Şəhid və zülmə məruz qalan millət varsa, ona zülm edən də var. Mən Ukrayna işgəncə ilə öldürülən insanrdan danışanda qəddarlığı nəzərdə tutram, çünki Ukraynanı işğal edən ordunun vəhşiliyi və qəddarlığı haqqında çoxlu məlumatım var. Ümumiyyətlə, bəlkə də ən qəddar orduya Rusiya sahibdir. Mən bu Ordunun “rus ənənəsindən” uzaq olan hissəsini, çeçenləri və buryatları nəzərdə tutram” deyə dünya Katolik Kilsəsinin rəhbəri bildirb.

Eyni zamanda, Papa vurğulayıb ki, ilk növbədə Ukrayna torpaqlarına soxulan Rusiya dövlətinin ordusudur. O, həmçinin əlavə edib ki, birbaşa ad çəkməsə də, baş verənlərə görə konkret olaraq kimi qınadığı da “hamıya məlumdur”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Roma Papası Fransiskin Ukraynada çeçenlərin və buryatların qəddarlığı barədə sözlərini həqiqətin hədsiz təhrifi adlandırıb:

“Bu artıq rusofobiya deyil, bu mənəvi pozğunluqdur. Bu pozğunluğun hansı səviyyədə olduğunu da deməyə çətinlik çəkirəm. Yadınıza salın, 90-cı illərdə və 2000-ci illərin əvvəllərində bunun tam əksini deyirdilər. Deyirdilər ki, Qafqaz xalqlarına işgəncə verən ruslar, slavyanlardır. İndi isə bizə deyirlər ki, qəddar olan Qafqaz xalqlarıdır və onlar slavyan ukraynalılara işgəncə verirlər. Həqiqətləri bu qədər pozğuncasına təhrif etmək olmaz”, deyə Rusiya diplomatiyasının sözcüsü bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

Ən çox oxunanalar