Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin genişlənmə potensialına təsir göstərəcək

Zəngəzur dəhlizinin açılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) genişlənmə potensialına əhəmiyyətli təsir göstərəcək.

“Report” xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında nüfuzlu beynəlxalq beyin mərkəzlərinin tanınmış professorları, tədqiqatçıları və ekspertlərinin iştirakı ilə keçirilən “Orta Dəhliz boyunca, geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda konfransda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttində işlərin 40 faizi tamamlanıb və bu dəmir yolu bu dəhlizin tərkib hissəsidir. SSRİ dövründə bu dəmir yolu xətti ilə təqribən 10 milyon ton yük ötürülürdü.

Nazir müavini qeyd edib ki, Zəngəzur dəhlizinin imkanlarını artırmaq üçün işğaldan azad edilmiş ərazilərdə logistika mərkəzlərinin və azad iqtisadi zonaların yaradılması nəzərdə tutulur. Dünyada baş verən geosiyasi proseslər də Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini artırıb. Bu, özünü ölkə üzərindən daşınan yüklərin həcmində də göstərib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ən çox oxunanalar