Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Separatçıların cəbhəsində “yarpaq tökümü” – David Babayanın da ulduzu sönüb…

Qarabağ quldurları arasında “ulduz səyriməsi”. Arutunyan David Babayan da daxil olmaqla, 9-a yaxın “naziri” vəzifələrindən azad edib...

PİA.az erməni mətbuatına əsasən xəbər verir ki, bu gün Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisində fəaliyyət göstərn separatçı qruplaşmanın lideri öz yaxın ətrafında ciddi “təmizləmə” aparıb. Belə ki, Araik Arutunyanın qərarı ilə separatçıların “xarici işlər naziri” David Babayan da olmaqla 9-a yaxın “nazir” vəzifədən kənarlaşdırılb.



- Araikin verdiyi qərar əsasən Mikayel Hayriyan “səhiyyə naziri” vəzifəsindən azad edilib. Səhiyyə nazirinin səlahiyyətləri müvəqqəti olaraq “nazir müavini” Artur Oqancanyana həvalə edilib.

- Norayr Musaelyan “kənd təsərrüfatı naziri” vəzifəsindən azad edilib. Onun səlahiyyətləri müvəqqəti olaraq “birinci müavini” Tiqran Arustamyana həvalə edilib.

- Anahit Akopyan isə “təhsil, elm, mədəniyyət və idman naziri” vəzifəsindən kənarlaşdırılıb. Müvəqqəti olaraq separatçıların “təhsil, elm və mədəniyyət” işləri ilə Hasmik Minasyan məşğul olacaq.

- Armine Petrosyan “sosial inkişaf və miqrasiya naziri” vəzifəsindən uzaqlaşdırılb. Onun “vəzifəsi” də Vahram Arakelyana həvalə edilib.

- Hayk Xanumyan “ərazi idarəetmə və infrastruktur naziri” vəzifəsindən azad edilib. Vardan Beqlaryan da onu bu “vəzifə”də əvəz edib.

- Jirayr Mirzoyan “ədliyyə naziri” vəzifəsindən azad edilərək “ədliyyə naziri”nin səlahiyyətlərini icra edən təyin edilib.

- Separatçıların tanınmış simalarından biri olan David Babayan isə “xarici işlər naziri” vəzifəsindən azad edilərək “xarici işlər nazirinin səlahiyyətlərini” icra edən təyin edilib.

Qeyd edək ki, bu ayın əvvəlindən Rusiya tərəfindən Qarabağa göndərilən erməni əsilli rus milyarder Ruben Vardanyan saparatçıların “hökümətinin” başçısı elan olunub.Güman edilir ki, quldurbaşı Araikin son “kadr islahatları” Vardanyanın istəyi üzərində həyata keçirilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar