Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atası azərbaycanlı olan general Xankəndidə yüksək “vəzifə“yə təyin olunacaq

2020-ci ildə Qarabağdakı separatçı rejimin "Milli Təhlükəsizlik Xidməti"nin direktoru təyin edilmiş və 44 günlük müharibədən sonra "işdən çıxarılan" general-mayor Kamo Ağacanyana Xankəndində yenidən "vəzifə verilir". Söhbət "polis rəisi" və "Milli Təhlükəsizlik Xidməti"nin direktoru vəzifələrindən gedir.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak” qəzeti məlumat yayıb.

Qəzet xatırladır ki, Kamo Ağacanyan azərbaycanlı köklərə malikdir. Belə ki, 1990-cı illərdə onun ailəsi iki yerə bölünüb. Atası Azərbaycana gəlib, anası oğlunun yanında Qarabağda qalıb. Kamo Ağacanyanın ata evi Xocavəndin Edilli kəndində olub.

"Kamonun atası Kərimovdur, arvadının Kərimovdan uşaqları var, bəzilərinin adı türkcədir. 90-cı illərdən sonra bütün adlar dəyişdirilib, Kərimovlar Ağacanyan olublar", deyə qəzet yazıb.

Qeyd edək ki, Azərbaycan mənbələrində Kamo Ağacanyanın 1988-ci ilədək sənəddə Kərimov Kamo Əkbər oglu olduğu bildirilir. Onun Edilli kəndində orta təhsil aldığı bildirlir. Onun atası Əkbər Kərimov azərbaycanlı, anası ermənidir. 1988-ci ildə o, ata adını və soyadını dəyişib. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra Kamo Ağacanyan Akbaroviç kimi ortaya çıxıb və erməni quldurlarına qoşulub. Azərbaycana qarşı döyüslərdə fəal istirak edib. Elə bu fəallığına görə də sonradan vəzifələrə yüksəlib.

pia.az


Etiket: Xankəndi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ən çox oxunanalar