Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal ərzaq xərcləri gələn il artacaq

Bu il qlobal ərzaq idxalı xərcləri bütün zamanların ən yüksək səviyyəsinə çatacaq...

Bu il qlobal ərzaq idxalı ilə bağlı xərclər 1,94 trilyon ABŞ dollara çatacaq.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Ərzaq icmalı” hesabatında qeyd olunub.

Bu, 2021-ci illə müqayisədə 10% çoxdur.

Sənədə əsasən, bu il qlobal ərzaq idxalı xərcləri bütün zamanların ən yüksək səviyyəsinə çatacaq:

“Bununla belə, sonuncu hesabatla müqayisədə ərzaq məhsullarının qiymətlərinin yüksəlməsinə və valyutaların ABŞ dollarına nisbətdə ucuzlaşmasına cavab olaraq artım tempinin azalacağı gözlənilir. Rusiyanın Ukraynaya təcavüzündən sonra bütün dünyada ərzaq qiymətləri artsada, indi bir qədər azalıb. Bu ölkələr birlikdə bütün buğda, o cümlədən digər taxıl və müvafiq ərzaq məhsulları ixracının təqribən 30 %-ni qarşılayır".

FAO hesab edir ki, qlobal kənd təsərrüfatı məhsulları və ərzaq təhlükəsizliyi üçün mənfi təsirlər 2023-cü ilə qədər uzana bilər:

"Gələn il Kanada və Rusiyada məhsul istehsalının əhəmiyyətli səviyyədə bərpası ilə dünya buğda istehsalının rekord həddə 784 milyon tona çatacağı proqnozlaşdırılır. Bu, qlobal buğda ehtiyatlarını rekord səviyyələrə çatdırsa da, tədarüklərin daha çox Çin və Rusiyada gözlənildiyi üçün dünyanın qalan hissəsində isə ehtiyatların 8 % azalacağı gözlənilir".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar