Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sui-qəsdə uğrayan İmran Xanın son vəziyyəti açıqlandı

Cümə axşamı günü sui-qəsdə uğrayan Pakistanın keçmiş baş naziri və müxalifətdəki “Təhrik-i İnsaf” hərəkatının sədri İmran Xan ayaqlarından yaralanıb...

Bu barədə siyasətçinin xəstəxanaya yerləşdirildiyi klinikanın tibb işçiləri məlumat yayıblar.

“Güllə onun hər iki ayağına dəyib. Sağ ayağını zədələyib, sol ayağının sümüyünü zədələyib”, - deyə məlumatda deyilir.

Xatırladaq ki, İmran Xan Qucranvala rayonunun Vəzirabad şəhərində hücuma məruz qalıb. Pakistanın keçmiş baş naziri oktyabrın 28-də Lahor şəhərindən başlayan “Real müstəqillik uğrunda uzun yürüş”ə rəhbərlik edib. O, yük maşınının damında dayanarkən hücum edən gənc aşağıdan tapança ilə Xana bir neçə dəfə atəş açıb. Hücum nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.

Senator Feysəl Cavid və hərəkatın Pəncab şöbəsinin rəhbəri Əhməd Çatta da yaralananlar arasındadır. Ölən Müəzzəm Nəvazın kimliyi ilə bağlı məlumat verilmir.

Xatırladaq ki, bir neçə gün öncə yürüş zamanı daha bir faciə yaşanmışdı. Belə ki, ölkənin tanınmış jurnalisti Sədəf Naim keçmiş baş nazirin olduğu yük maşınının təkərləri altında can vermişdi.

Xan bu ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi qəbul edildikdən sonra Pakistan hökumətinin başçısı vəzifəsindən istefa verib. Yeni baş nazir Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərifi olub. May ayından Xanın partiyası ölkədə hakimiyyətə qayıtmaq üçün kampaniya aparır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar