Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda YAP-ın 30-cu ildönümü keçirildi - Foto

Tədbirdən öncə Qaradağ rayonunda Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub və gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib...

Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

PİA.az xəbər verir ki, tədbirdən öncə Qaradağ rayonunda Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub və gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş kitab və rəsm sərgisinə musiqi sədaları altında baxış keçirilib. Tədbirin başlanğıcında Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək qonaqları salamlayıb və 1990-92-ci illərdə Naxçıvan Muxtar Respublikasında mövcud olan ağır ictimai-siyasi şəraitdən danışaraq partiyanın yaranmasını Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirib. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artacağını qeyd edib.

Sonra Milli Məclisin deputatı, komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimova çıxış edərək bildirib ki, Ümmumilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 30 il müddətində çox zəngin və şərəfli bir inkişaf yolu keçdiyini qeyd edib və tarixi faktlar və hadisələrin canlı iştirakçısı kimi konfrans iştirakçılarını Naxçıvanda 1992-ci ilin noyabrında YAP-ın yaranması gedişatı ilə məlumatlandırıb. O YAP yarandığı gündən Azərbaycanın güclü və mütəşəkkil siyasi qüvvəsi olaraq xalqımızın milli maraqlarının ifadəçisi olduğunu bildirib.

Milli Məclisin deputatı Aydın Hüseynov öz çıxışında 1992-93-cü illərdə YAP-ın Bakı şəhərində və Qaradağ rayonunda təşkilatlanması barədə danışaraq həmin dövrdə xalqımızın ən fəal və mübariz üzvlərinin qorxmadan bu partiyanın sıralarına qoşulduğunu qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar