Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Washington Post: İran Rusiyaya ballistik raketlər vermək istəyir

İran Ukrayna ilə müharibə üçün Rusiyaya ballistik raketlər vermək istəyir...

İran Ukraynaya qarşı müharibə üçün “yer-yer” tipli ballistik raketləri Rusiyaya ötürməyi planlaşdırır. Bu, ABŞ-ın müttəfiq dövlətlərindən birinin kəşfiyyatının gəldiyi nəticədir. Kəşfiyyatçılar artıq ABŞ və Ukraynanı məlumatlandırıblar.

APA xəbər verir ki, bu barədə “Washington Post“-a iki amerikalı məmur məlumat verib.

Qeyd olunur ki, artıq zavodlarda “Fateh-110” və “Zolfahar” raketlərinin ilk partiyası hazırlanır.

Bu qısa mənzilli ballistik raketlər müvafiq olaraq 300 və 700 km məsafədəki hədəfləri vura bilir.

Nəşrin məlumatına görə, İran Yaxın Şərqdə qısa və orta mənzilli raketlərin ən böyük və ən müxtəlif arsenallarından birinə malikdir.

“Fateh-110 və Zolfahar-ın ən yeni versiyaları həm güclü, həm də nisbətən qısa məsafələrdə kifayət qədər dəqiq hesab olunur. Bəzi modellər raket operatorlarına hədəfə son yaxınlaşma zamanı onlara rəhbərlik etməyə imkan verən elektro-optik yönləndirmə sistemləri ilə təchiz edilib” - qəzet yazır.

pia.az


Etiket: Rusiya Ukrayna İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar