Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təzyiqə qarşı təzyiq, şantaja qarşı şantaj - Paşinyan Rusiyaya qarşı Putinin iziylə gedir

Paşinyanın açıq şəkildə Rusiyanın üzərinə getməsinin pərdəarxası məqamları...

Politoloq: ““Haykakan Jamanak” qəzeti son dövrlər Rusiyaya qarşı ard-arda ağır itiihamlarla çıxış edir”.

Rusiyanın “boyunduruğundan” çıxa bilmək üçün Ermənistan uzun və əzablı yol keçməlidir”.

Bu sözləri politoloq İlyas Hüseynov Anna Hapopyana məxsus olan “Haykakan Jamanak” qəzeti Rusiyaya qarşı dalbadal ağır itiihamlarla çıxış etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyana məxsus olan “Haykakan Jamanak” qəzeti Rusiyaya qarşı dalbadal ağır itiihamlarla çıxış edir. Son olaraq “Haykakan Jamanak” Ermənistanın Rusiya-Belarus İttifaqı dövlətinə qoşulması ilə bağlı Yeravana olunan təzyiqlərlə bağlı məqalə çıxış edib və həmin məqalədə səsləndirilən iddialar Rusiya tərəfindən rəsmi olaraq rədd edilib.

Nikol Paşinyanın ailəsinə məxsus bir qəzetdə belə məqalələrin dərci və Paşinyanın Rusiya üzərinə belə açıq şəkildə yeriməsi nədən xəbər verir? “Təzyiqə qarşı təzyiq, şantaja qarşı şantaj” prinsipi ilə Ermənistan hakimiyyəti Moskvanın təzyiqlərindən yaxa qurtara və eyni zamanda Rusiyanın hərbi dəstəyini bərpa edə bilərmi?

Paşinyanın açıq anti-Rusiya mövqeyini PİA.az-ın əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Çox çətin bir geosiyasi regionda yerləşməyimizə baxmayaraq Ermənistan hazırda anti-Rusiya siyasətini bu və ya digər formada həyata keçirir və bunu da artıq gizlətmir”.

Müxtəlif hərbi-iqtisadi inteqrasiya sistemləri ilə yanaşı, Ermənistan iqtisadiyyatının demək olar ki, tamamilə Rusiyanın inhisarı altında olduğunu xatırladan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Rusiyaya qarşı demarş hazırda Ermənistan siyasəti üçün seçilmiş bir kursdur:

Ermənistan Rusiya münasibətləri Nikol Paşinyan hakimiyyətə gələndən sonra pisləməyə doğru getdi. Paşinyanın Sorosun yetirməsi olması, Qərb dairələrinə bağlı olması açıq şəkildə özünü göstərirdi. Əvvəl Rusiyada elə hesab edirdilər ki, onlar Paşinyanı asanlıqla cilovlaya biləcəklər. Lakin bu baş vermədi və Rusiyanın bütün cəhdləri demək olar ki, uğursuz oldu. Görünür ki, Qərbdə Paşinyanın cilovunu daha möhkəm saxlaya biləcək mərkəzlər var. Təbii ki, bu da Rusiyanı qıcıqlandırır və Moskvanın tələblər də get-gedə böyüyyr. Bu fonda Paşinyan da Rusiyaya cavab verməkdən çəkinmir.

İndi də Nikol Paşinyanın həyat yoldaşı Anna Hapopyana məxsus olan “Haykakan Jamanak” qəzeti ön plana çıxıb. Cenevrədə xarici işlər nazirlərinin arasında keçirilən görüşdən sonra konsproloji əsaslarla da olsa, Azərbaycanın Ermənistana təqdim etdiyi təkliflər və planlar həmin qəzet vasitəsilə yayıldı.

Eyni zamanda “Haykakan Jamanak” qəzeti son dövrlər Rusiyaya qarşı ard-arda ağır itiihamlarla çıxış edir. Digər önəmli məsələ budur ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin İrəvana səfəri də birbaşa olaraq Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir göstərdi. Önəmli amil bundan ibarətdir ki, görüş əsnasında Rusiyanın Kollektiv Təhlükəsizlik Şurasından çıxması da müzakirə olunurdu. Bunun əyani bir göstəricisi KTMT əleyhinə Yeravanın Fransa meydanında şüarların səsləndirməsi və plakatları qaldırması idi.

Təbii ki, Ermənistanın Rusiyanın orbitindən çıxarılması müşkül məsələdir. Çünki Rusiyanın cənub hərbi dairəsinin 103-cü bazası Ermənistanın Gümrü şəhərində yerləşir. Həmçinin Ermənistan KTMT-nin, eləcə də Avrasiya İqtisadi Birliyinin üzvüdür. Müxtəlif hərbi-iqtisadi inteqrasiya sistemləri ilə yanaşı, Ermənistan iqtisadiyyatı demək olar tamamilə Rusiyanın inhisarı altındadır. Bütün bu “boyunduruq”lardan Yeravanın bir həmlə ilə qurtarması mümkün deyil. Rusiyanın “boyunduruğundan” çıxa bilmək üçün Ermənistan uzun və əzablı yol keçməlidir.

İlyas Hüseynov: “Ermənistana beynəlxalq qarantiyalar lazımdır ki, Rusiyadan kənarda fəaliyyət göstərə bilsin”.

Lakin Rusiyaya qarşı demarş hazırda rmənistan siyasəti üçün seçilmiş bir kursdur və hesab edirəm ki, hər nə qədər Paşinyan hakimiyyətdədir bu kurs davam etdiriləcək. Ermənistanda anti-Rusiya meyilli qüvvələr də getdikcə güclənir və bunun başında Sasna Tsrer partiyası dayanır. Bu partiya həm də yarım hərbi bir qruplaşmadır. Partiya özünün dayaqlarını da genişləndirir və vaxtaşırı Rusiya qarşı müxtəlif nümayişlər keçirirlər. Onların əsas məqsədi ABŞ-ın gücündən istifadə etməklə Ermənistanın rifahını təmin etməkdir.

Digər məsələ Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın NATO rəhbərliyi ilə görüşü zamanı səsləndirdiyi tezislərdir. Müxtəlif mənbələr bu fikirləri mətbuata sızdırdılar. Orada da qeyd olunur ki, Ermənistana beynəlxalq qarantiyalar lazımdır ki, Rusiya kənarında fəaliyyət göstərə bilsin. Sanki bütün Ermənistanın düşdüyü durumların günahkarı Rusiyadır və Qafqazda Türkiyə-Rusiya-Azərbaycan maraqları üst-üstə düşür. Burada Rusiyanı kənarlaşdırmaq üçün Qərbin dəstəyinə ehtiyac var.

Maraqlıdır ki, bu görüşdə həm də Qriqoryanın fikirlərinə görə çox köhnəlmiş metodlarla idarə olunan İran həm də Azərbaycan və Türkiyəyə qarşı Ermənistanın yeganə dəstəkləyicisidir. Buna görə də Ermənistan İrana bu mövzuda ona dəstək göstərməsini xahiş edir.

Çox çətin bir geosiyasi regionda yerləşməyimizə baxmayaraq Ermənistan hazırda anti-Rusiya siyasətini bu və ya digər formada həyata keçirir və bunu da artıq gizlətmir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Lavrov: "Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək"

Qəzza zolağında ölən fələstinlilərin sayı 39,2 min nəfəri keçib

Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib

Zelenski: Ukrayna noyabrın sonuna qədər ölkədə sülhə nail olmaq üçün plan hazırlamağı planlaşdırır

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti iməcilik keçirilib

Ən çox oxunanalar