Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3336 azərbaycanlı ermənilərin mina terrorunun qurbanı olub

Azad olunmuş ərazilərdə 72 078 mina və digər partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib...

"1991-2022 tarixləri arasında Azərbaycanda mina qurbanlarının ümumi sayı 3336 nəfər təşkil edib. Onlardan: kasetli sursatların partlaması nəticəsində həlak olan və xəsarət alanlar - 131 nəfər, uşaq və azyaşlı - 357 nəfər, qadınlar – 38 nəfərdir)".

Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.

"2020-ci ilin noyabr - 2022-ci ilin 06 oktyabr tarixləri arasında, mina partlayışları nəticəsində 44 nəfər həlak olub, 213 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərərçəkib. Bu dövr ərzində həlak olan və zərərçəkənlərin cəmi sayı 257 nəfər təşkil edib (onlardan: 9-u uşaq, 1-i qadın, 3 nəfər isə media nümayəndəsidir). Bu şəxslərin 147 nəfəri keçmiş təmas xəttindən kənarda baş vermiş mina insidentlərinin qurbanları olub.

10 noyabr 2020-ci il – 04 oktyabr 2022-ci il tarixlərini əhatə edən dövr ərzində aparılan minatəmizləmə əməliyyatları zamanı 549 239 577 kv.m (54 924 ha) təhlükəli ərazi təmizlənmiş, - 25 781 piyada əleyhinə mina (PƏ), - 12 561 tank əleyhinə mina (TƏ), - 33 736 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Artilleriya atəşinə məruz qalmış iri şəhərlərdə və digər yaşayış məntəqələrində (12 500 ha ərazidə) beynəlxalq hüquq normaları ilə qadağan edilmiş 722 ədəd kasetli və 67 ədəd müxtəlif təyinatlı ağ fosforlu sursat aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 72 078 mina və digər partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

Ən çox oxunanalar