Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib - Foto

Prezident İlham Əliyev Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məzarı önünə gül dəstəsi qoyub...

Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, hündürlüyü 8 metrə qədər olan məqbərə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarı üzərində ucaldılıb.

Məqbərənin divarları qiymətli daşlar və zərlə bəzədilib. Girişdə mərmər lövhə üzərində özbək və ingilis dillərində “Bu müqəddəs yer Özbəkistan Respublikasının birinci Prezidenti, böyük dövlət və siyasət xadimi, özbək xalqının əziz və sevimli oğlu İslam Abduqanieviç Kərimovun əbədi məskənidir” sözləri həkk olunub. Məqbərənin layihələndirilməsi və inşası zamanı onun dizaynının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Səmərqənddəki Xəzrət-Xızr məscidi ilə uyğunluğuna diqqət yetirilib.

Prezident İlham Əliyev Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məzarı önünə gül dəstəsi qoyub.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Ən çox oxunanalar