Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - Foto  

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, LaçınZəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribat nəticəsində şəhidlik zirvəsinə yüksələn Xəyal Əlövsət oğlu Əhədzadə Azərbaycan boksçusudur.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, o, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olub. Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi çalışıb.

Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.

O, “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Boks Federasiyasının kollektivi şəhid boksçumuzun timsalında bütün şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir.

Allah rəhmət eləsin!

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

İsrailin Münhendəki baş konsulluğuna hücum olub

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Ağ Ev: ABŞ İsrailin Rəfahdakı fəaliyyətini izləməyə davam edəcək

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

"Hər üç fiziki məhdudiyyətli şəxsdən biri qohum nikahlarından doğulur" - Həkimdən açıqlama

Ən çox oxunanalar