Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Türkiyədən Bosfor boğazı ilə bağlı xahiş etdi

Gəmilər Rusiyanın Suriyadakı bazasından yola düşür, daha sonra Bosfor və Çanaqqala boğazlarından keçir...

Ukrayna Türkiyəni Bosfor və Çanaqqala boğazlarını göyərtəsində silah olan Rusiya gəmiləri üçün bağlamağa çağırıb. İddiaya görə, onlar müxtəlif məhsulların daşınması adı altında Aralıq dənizindən Qara dənizə keçid edirlər.

Bu, “The Wall Street Journal”ın araşdırmasından məlum olub.

Gəmilər Rusiyanın Suriyadakı bazasından yola düşür, daha sonra Bosfor və Çanaqqala boğazlarından keçir. Bu boğazlar Türkiyənin nəzarətindədir və Aralıq dənizindən Qara dənizə girməyin yeganə yoludur.

Araşdırmada avqustun 27-də Qara dəniz limanına “S-300” zenit-raket komplekslərini daşıyan “Sparta II” gəmisindən bəhs edilir. Gəmi Moskvanın “Oboronlogistika” şirkətinə məxsusdur. Bu şirkət isə Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir və ABŞ-ın sanksiyaları altındadır. Eyni zamanda “Oboronlogistika”dan gəminin Aralıq dənizindən Qara dənizə zeytun yağı daşıdığı iddia edilib.

Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnarın sözlərinə görə, Montrö Konvensiyasına uyğun olaraq ticarət gəmiləri Bosfor və Dardanel boğazlarından sərbəst keçə bilər. “Sparta II” isə göstərilən kateqoriyaya daxildir, ona görə də göyərtəsində silah olması ehtimalına baxmayaraq, keçidinə icazə verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar