Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudovun bağ evinin qarşısında etiraz aksiyası keçirildi

Vaxtilə saxta ittihamlarla qanunsuz həbs olunan zərərçəkmişlər onlara vurulan ziyanın ödənilməsini tələb edirlər...

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) general və polkovniklərinin işi üzrə zərərçəkmiş kimi tanınan şəxslər sabiq nazir Eldar Mahmudovun Nardaranda yerləşən bağ evinin qarşısında etiraz aksiyası keçirib.

PİA.az Meydan TV-yə istinadla xəbər verir ki, vaxtilə saxta ittihamlarla qanunsuz həbs olunduqlarını, yaxınlarından külli miqdarda pul alınandan sonra həbsdən buraxıldıqlarını deyən zərərçəkmişlər onlara vurulan ziyanın ödənilməsini tələb edirlər. Etirazçılar əllərində "Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!", "Azərbaycan dövlətinə güc göstərməyin, pullarəmızı qaytarın!", "Bizə qarşı cinayətinizi qiyamət də örtməz!" yazılmış plakatlar qaldırıblar.Onlar bildirib ki, bu gün məhkəmə qarşısına çıxarılanlar sadəcə, icraçılardır. Onlara qarşı törədilmiş cinayətlərin arxasında daha böyük fiqurlar dayanıb. Etirazçılar Eldar Mahmudovun, sabiq Baş prokuror Zakir Qaralov və birinci müavini Rüstəm Usubovun adlarını çəkiblər. Onlar iddia edir ki, MTN-də ailələrindən alınan pulların böyük bir hissəsi bu şəxslərə çatıb.

Zərərçəkmişlər Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubovun da həbsini tələb ediblər.
Hazırda Bakı Hərbi Məhkəməsində uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş üç polkovnik – şöbə rəisləri Yasin Məmmədov, Vüsal Ələkbərov, eləcə də metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun məhkəməsi gedir.

2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar