Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçınla bağlı yeni xəbər.. - Video

Yaxın günlərdə Laçın şəhəri və ətraf kəndlər tamamilə Azərbaycan ordusunun nəzarəti altına keçəcək. Ermənilər artıq həmin ərazilərdən tamamilə çıxarılıb. Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postlar, nəzarət-buraxılış köşkləri, rusiyalı hərbçilərin yaşadığı tikililər də sökülür. Sülhməramlılar müvəqqəti olaraq yeni yola köçəcəklər. Ermənilərin laçında törətdikləri yanğınlarla bağlı məlumatlar avropa məhkəməsinə təqdim edilib.

Laçın dəhlizində müvəqqəti yerləşdirilmiş rusiya sülhməramlıları köçməyə hazırlaşır.

Ərazidə xüsusi texnika çalışır. Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postlar, nəzarət-buraxılış köşkləri, rusiyalı hərbçilərin yaşadığı tikililər sökülür. Ərazini boşaltmağa hazırlaşan sülhməramlılar müvəqqəti olaraq yeni dəhlizə köçəcəklər.

Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycan ordusunun tam nəzarəti altına keçməsinə saylı günlər qaldı. Bəs hazırda ərazidə son vəziyyət necədir?

Hərbi ekspertin sözlərinə görə, yaxın günlərdə Azərbaycan ordusu Laçın şəhərinə daxil olacaq.

Caliber.az saytı laçından xüsusi reportaj hazırlayıb. Saytın müxbiri azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rusiya sülhməramlılarının müşayiəti ilə laçına yola düşüb. Reportajda qeyd edilir ki, laçın şəhəri sanki 1992-ci ili xatırladır. Belə ki, buradakı bütün evlər, inzibati binalar, mağazalar köhnə və bərbad vəziyyətdədir. Hiss olunur ki, azərbaycanlılar buradan köçdükdən sonra sanki şəhər 30 ildir yuxuya qərq olub. Reportajda o da qeyd olunub ki, bu illər ərzində işğal altında olan laçının infrastrukturunda heç bir dəyişiklik olunmayıb.

Reportajdan meşələrin və çəmənliklərin necə yandırıldığı aydın görmək mümkündür. ''Meşələr sadəcə yandırılmır, həm də ağaclar kəsilməklə məhv edilir. Kəsilmiş qoz ağacları yolun kənarına düzülür. qiymətli ağaclar daha sonra satıla bilər. azərbaycan ərazilərini tərk etməkdən məyus olan ermənilər evləri sökür, qadınlar və uşaqlar isə dağ böyürtkənlərini toplayırlar"- deyə reportajda bildirilir.

''Laçın şəhərində və kəndlərdə yanğınlar törədən ermənilər beynəlxalq qanun qarşısında da cavab verməli olacaqlar. Artıq Azərbaycan tərəfindən ermənilərin Laçının kəndlərindəki evləri yandırması və sökməsi ilə bağlı bütün məlumatlar Avropa Məhkəməsinə təqdim edilib''. Bunu ''Report''un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.

O bildirib ki, ötən həftənin cümə günü Azərbaycan Avropa Məhkəməsinə yeni məlumatlar təqdim edib. Məlumatda qeyd olunub ki, Laçını tərk edən ermənilər bu yanğınları dayandırmalı, bu əməldən çəkinməlidirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar