Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbul imtahanı keçirilib

Bu gün 2022/2023-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçmiş 581 müraciətçidən 478-i müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb.

İmtahanda iştirak edən namizədlərdən 296 nəfəri direktor, 182 nəfəri isə direktor müavini vakant vəzifələri uğrunda mübarizə aparıb. Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub.

90 dəqiqə davam edən imtahanda iştirakçılar qanunvericilik və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar.

İmtahanda uğurlu nəticə göstərən namizədlər müsahibədə iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

Durovun həbsi Fransaya baha başa gəldi: 17 milyard dollarlıq müqavilə donduruldu

Sahib Məmmədov nazir müavini vəzifəsindən ayrıldı

Tanınmış həkim 2 min manata görə qətlə yetirilibmiş - Təfərrüat

“Veysəloğlu” ölkədən böyük pul çıxarıb – Hüquqşünas rəyi

Ziya Məmmədov vətəndaşın torpağını əlindən alıb – Şikayət

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Kəlbəcərdə heyvan cəsədlərinin görüntüləri ilə bağlı araşdırma başlanıb - Rəsmi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay