Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramin Musayev istefa verdi: PFL-in yeni prezidenti bilindi - Yenilənib

Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının konfransı keçirilib.

Bununla bağlı PFL məlumat yayıb.

Konfransda PFL prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və elitanın 9 klubunun nümayəndələri iştirak ediblər.

Avrokubok oyunlarına görə səfərdə olduqlarından “Zirə” klubunun nümayəndəsi iclasda olmayıb. Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib.

Daha sonra PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

***

“Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb”.

Bununla bağlı PFL məlumat yayıb.

Qeyd edək ki, 14 ildir PFL prezidenti olan Ramin Namaz oğlu Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi” PFK-nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.

2 iyul 2008-ci ildə AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və vəzifəsini 4 il icra edib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi” klubundakı vitse-prezident postunu tərk edib.

2012-ci ilin 3 iyulunda AFFA-nın inzibati binasında AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə ikinci müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib. Ramin Musayev PFL-in 5 iyul 2016-cı il və 14 sentyabr 2020-ci il tarixli seçkilərinin də qalibi olub.

***

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən isfefa verib.

PİA.az Qol.az-a istinadən xəbər verir ki, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb. Bununla əlaqədar, o, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür. Yaxın saatlarda bununla bağlı rəsmi açlqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən PFL-in ptezidenti vəzifəsində çalışırdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar