Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan mətbuatının hazırkı vəziyyəti və gələcək perspektivləri... - Nə gündəyik?..

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 147 il ötür...

Araşdırmaçı-jurnalist: “Kiçik saytların işçi qüvvəsi saxlaya bilməməsi və ya 1-2 nəfərlə ortaya ciddi media qoyması mümkün deyil. Onun xaricdə və ölkənin regionlarında müxbir postları yoxdur. Peşəkar işləmək üçün çoxsaylı kadrlar olmalıdır. Bu kimi çatışmazlıqlarla biz dünya mediasına çıxa bilmərik”.

“Mediamız özünü maliyyələşdirə bilmir, asılıdır, tərəflidir, sponsorludur. Bu tip media ictimaiyyət arasında nüfuz qazana bilməz, ancaq şou auditoriyası toplaya bilər”.

Bu sözləri tanınmış jurnalist Elçin Bayramlı Azərbaycan mətbuatının hazırkı vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Azərbaycan mətbuatı öz quruluş gününü bayram edir. Azərbaycan mətbuatının hazırkı vəziyyətini və gələcək perspektivlərini necə dəyərləndirmək olar? Xüsusən hazırkı şərtlər altında gənc nəslin timsalında Azərbaycan mətbuatının inkişafı necə görünür?

Mətbuatın indiki və gələcək perspektivlərini PİA.az-ın əməkdaşı tanınmış jurnalist Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Jurnalistikanın janrlarından yalnız xəbər janrı qalıb. Mətbuat təkcə xəbər demək deyil, xəbər mətbuatın yalnız bir janrı, bir tərəfidir. Analitik yazılar, araşdırmalar, müsahibələr hazırlanmalı, müxtəlif problemlər işıqlandırılmalıdır. Bu kimi məsələlər qalıb kənarda, mətbuat ancaq xəbərdən ibarət olub”.

Hazırda oxucu auditoriyasının minlərlə sayt arasında bölüşdüyünə nəzər yetirən Elçin Bayramlı PİA.az-a bildirib ki, hər bir sayta məhdud sayda oxucu düşüb. Media orqanlarının sayının az olması daha effektli olardı:

“İnternet medianın inkişafı və bu sahədə tam nəzarətin olmaması çox ciddi problemlər yaradır. Biz bunu müxtəlif vaxtlarda və kritik situyasiyalarda dəfələrlə görürük. Dezinformasiyalar, qərəzli, böhtan xarakterli mayteriallar çoxalır. Bundan hətta reket juranlistlər biznes qururlar. Artıq minlərlə sayt, sosial şəbəkə kanalları açılıb və bunun adı media qoyulub. Oxucular da oxuyanda bunu mətbuat hesab edirlər. Bu məsələnin birinci tərəfidir- bura aiddir ciddi medianın necə yaradılması, ona necə nəzarət edilməsi məsələləri var.

İkinci tərəf – ciddi medianın idarə edilməsi, yəni menecment məsələsidir. Biz hər zaman dünya standartları, peşəkarlıq və sairə məsələləri müzakirə edirik, özümüzü bu prinsiplərə uyğunlaşdırmaq istəyirik. Amma bunu tətbiq edə bilmirik. Mütləq bizim saytlar ya hansısa bir qüvvənin tərəfində və ya bir şəxsin tərəfində olmalıdır. Bu cür idarə etmə ilə media bazarına, auditoriyaya girmək mümkün deyil. Çünki həm tərəfsiz, obyektiv materiallar paylaşılmalıdır, həm də auditoriyanın gözlədiyi məlumatlar çatdırılmalıdır. Məsələn mediada sosial problemlərə çox az toxunulur, onun əvəzinə şou xarakterli materiallar işlənilir. Jurnalistikanın janrlarından yalnız xəbər janrı qalıb. Mətbuat təkcə xəbər demək deyil, xəbər mətbuatın yalnız bir janrı, bir tərəfidir. Analitik yazılar, araşdırmalar, müsahibələr hazırlanmalı, müxtəlif problemlər işıqlandırılmalıdır. Bu kimi məsələlər qalıb kənarda, mətbuat ancaq xəbərdən ibarət olub. İnsanlarda artıq xəbər oxumaqdan bezib. Pamflet, felyeton, esse, oçerk, parodiya kimi publisistik yazılara nadir hallarda rast gəlinir.

Hazırda oxucu auditoriyası minlərlə sayt arasında bölüşüb. Hər bir sayta məhdud sayda oxucu düşüb. Media orqanlarının sayının az olması daha effektlidir. Məsələn hər hansı bir hadisəni kütləyə çatdırmaq üçün böyük media holdinqləri formalaşarsa, artıq çatdırılan məlumatı məhdud sayda oxucu kütləsi deyil, daha geniş kütlə oxuyar.

Xırda, zəif və çoxsaylı media orqanlarında təmərküzləşmə prosesi getməlidir. Bu təmərküzləşmə prosesinə əsasən bir neçə media orqanı birləşərək, böyük media holdiqnləri formalaşmalıdır. Kiçik saytların işçi qüvvəsi saxlaya bilməməsi və ya 1-2 nəfərlə ortaya ciddi media qoyması mümkün deyil. Onun xaricdə və ölkənin regionlarında müxbir postları yoxdur. Peşəkar işləmək üçün çoxsaylı kadrlar olmalıdır. Bu kimi çatışmazlıqlarla biz dünya mediasına çıxa bilmərik.

Elçin Bayramlı: “Özünü maliyyələşdirə bilməyən media heç zaman peşəkar, tərəfsiz ola bilməz. Dünyada, ölkədə ictimaiyyət arasında nüfuz qazana bilməz”.

Dünyaya çıxmaq üçün çoxsaylı işçi qüvvəsi olan – peşəkart saytlar, qəzetlər, informasiya agentlikləri olmalıdır ki, dünyanın hər yerindən xəbər versin. Maraqlı təhlillər, araşdırmalar ortaya qoysun və nüfuz qazana bilsin. Bütün bunlar olmadan media subyektləri özünü maliyyələşdirə bilmir. Özünü maliyyələşdirə bilməyən media heç zaman peşəkar, tərəfsiz ola bilməz. Dünyada, ölkədə ictimaiyyət arasında nüfuz qazana bilməz.

Son zamanlar Medianın İnkişafı Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Ümumiləşdirsək, mediamız özünü maliyyələşdirə bilmir, asılıdır, tərəflidir, sponsorludur. Bu tip media ictimaiyyət arasında nüfuz qazana bilməz, ancaq şou auditoriya toplaya bilər. Artıq bunlar ciddi istinad ediləcək media hesab edilmir. Məsələn 2-ci Qarabağ müharibəsi zamanı bizim media demək olar ki, dünyaya çıxa bilmədi. Dünya müharibə haqqında məlumatları rus, gürcü, türk mediasından alırdı.

Media kütlələrə psixoloji təsir silahıdır. Bu silah bizim (yəni, dövlətin, cəmiyyətin) əlimizdə deyil. Çünki insanlar media orqanlarında dolğun, ciddi , tərəfsiz məlumat ala bilməyəndə artıq sosial şəbəkələrə üz tuturlar. Hadisənin əslini, reallığı sosial şəbəkələrdə axtarırlar. Nəticədə ölkə mediası ictimaiyyətə təsir funksiyasını itirir. Bu məsələnin müəyyən edilmiş mexanizmi olmalıdır. Qızıl ortanı tutmaq lazımdır. Senzura olmur, mətbuata tam azadlıq verilir və digər tərəfdən ifrat azadlıq meyllərinin qarşısı alınır. İnsanların bir-birini təhqir etməsi, şər-böhtan atması, təxribat xarakterli məlumatların yayılması məsələlərinə ciddi nəzarət edilməlidir. Digər tərəfdən azad reklam bazarı olmalıdır. Bu özünü maliyyələşdirmə prosesində əsas rol oynayır. Reklamların verilməsi strukturu qaydaya salınmalıdır.

Elçin Bayramlı: “Peşəkarlıqdan kənar, təcrübəsi olmayan ucuz işçi qüvvəsinin toplanması mediada özünü doğrultmayan, yalnış materialların yayımlanmasına səbəb olur”.

Üçüncü tərəf– peşəkarlığın olmamasıdır. Bununla bağlı ilk vaxtlarda media orqanlarına maliyyə yardımı lazımdır. Hər hansı bir media özünü tam doğruldanadək ona edilən yardımlarla, peşəkarları ətrafına toplamalı və onları əlində saxlamağı bacarmalıdır. Peşəkarlıqdan kənar, təcrübəsi olmayan ucuz işçi qüvvəsinin toplanması mediada özünü doğrultmayan, yalnış materialların yayımlanmasına səbəb olur.

İntellektual səviyyəsi zəif olan, müəyyən bazası olmayan şəxsin cəmiyyət qarşısında çıxış etməsi düzgün deyil. Bütün bu tərəflər kompleks şəklində həll edilməlidir. Məsələnin bir tərəfini həll edib, digər tərəfini boş buraxdıqda bu boşluqlar ortadan qalxmayacaq. Elə bir şərait yaradılmalıdır ki, həm dövlətin çatdırmaq istədiyi məlumatlar, həm də ortaya qoyulan sosial problemlər böyük kütləyə çata bilsin. Əhalinin böyük hissəsi həmin media orqanına inansın, onu dinləsin, oxusun, izləsin”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Relsin üzərində uzandı, qatar üstündən keçdi

Messinin yaşıl meydanlara hələ də qayıtmamasının səbəbi bəlli oldu

Ən çox oxunanalar