Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehranda Putin Əliyevdən Ərdoğana “salam” çatdırmaqla hansı mesajı verdi?..

Putinin “salamı” sosial şəbəkədə də geniş müzakrəyə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri Putinin Əliyevdən Ərdoğana “salamı”nı təxribat kimi dəyərləndirib...

Politoloq: “Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycan prezidenti İlham Əliyevdən salam çatdırmaqla bildirmək istədi ki, Türkiyə-Azərbaycan münasibətlərini Əliyevlə müzakirə edib”.

Rusiya prezidenti bu mesajı çatdırmaqla həm də bildirmək istədi ki, Rusiya da Azərbaycana və Türkiyəyə mərhəm ölkədir. Yəni Putin demək istədi ki, Rusiya Azərbaycanla Türkiyənin yaxın münasibətlərinə müsbət baxır və bu münasibətlərdə Rusiyaya qarşı heç bir element görmür”.

Bu sözləri politoloq Zərdüşt Əlizadə Tehranda Putin Ərdoğan görüşü zamanı baş verən kuryoz hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Tehranda keçirilən Astana üçlüyünün sammitində maraqlı açıqlamalar, münasibətlərin aydınlaşdırılması, o cümlədən də kuryoz hadisələr yaşanıb. Belə kuryoz hadisələrdən biri də Ərdoğanla Putinin görüşündə baş verib. Belə ki, görüş zamanı Putin Ərdoğana deyib ki, bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşüb və “Sizə Əliyevdən böyük salam gətirmişəm”, ifadələrini işlədib. Putinin bu “salamı” sosial şəbəkədə də geniş müzakrəyə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri Putinin Əliyevdən Ərdoğana “salamı”nı təxribat kimi dəyərləndirib.

Nəzərə alsaq ki, Xəzər sammitindən sonra Ərdoğanla İlham Əliyev dəfələrlə təmasda olublar, o zaman Putin Əliyevdən Ərdoğana “salam” çatdırmaqla hansı mesajı verə bilərdi?

Ərdoğan-Putin görüşməsində müəmmalı “salam” mövzusunu PİA.az-ın əməkdaşı politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib.

Zərdüşt Əlizadə: “Hesab edirəm ki, Aşqabadda Putinlə söhbət zamanı İlham Əliyev Tehranda Rusiya prezidenti ilə Türkiyə prezidentinin görüşəcəyini biləndə, ondan da Ərdoğana salam deməsini xahiş edib. Bu da çox normaldır”.

Rusiyanın Azərbaycanla Türkiyənin yaxın münasibətlərinə müsbət baxdığını və Əliyevin salamını Ərdoğana çatdırmaqla daha isti və məhrəm atmosfer yaratmağa çalışdığını düşünən politoloq PİA.az-a bildirib ki, Putininin Ərdoğana Əliyevdən salam çatdırmasında bəd heç nə axtarmağa ehtiyac yoxdur:

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycan prezidenti İlham Əliyevdən salam çatdırmaqla bildirmək istədi ki, Türkiyə-Azərbaycan münasibətlərini Əliyevlə müzakirə edib. Putin bununla Ərdoğana mesaj verdi ki, o, Türkiyənin Azərbaycanla olan yaxın münasibətlərdən xəbərdardır. Mən düşünmürəm ki, bununla Putin hansısa təxribat xarakterli mesaj yoxdur və Putininin Ərdoğana Əliyevdən salam çatdırmasında bəd heç nə axtarmağa ehtiyac yoxdur.

Rusiya prezidenti bu mesajı çatdırmaqla həm də bildirmək istədi ki, Rusiya da Azərbaycana və Türkiyəyə mərhəm ölkədir. Yəni Putin demək istədi ki, Rusiya Azərbaycanla Türkiyənin yaxın münasibətlərinə müsbət baxır və bu münasibətlərdə Rusiyaya qarşı heç bir element görmür.

Hesab edirəm ki, Aşqabadda Putinlə söhbət zamanı İlham Əliyev Tehranda Rusiya prezidenti ilə Türkiyə prezidentinin görüşəcəyini biləndə, ondan da Ərdoğana salam deməsini xahiş edib. Bu da çox normaldır. Hesab edirəm ki, Putin Tehranda Əliyevin salamını Ərdoğana çatdırmaqla, görüşdə daha isti və məhrəm atmosfer yaratmağa çalışıb.

Üstəlik Astana üçlüyünün sammitindən əvvəl Əliyev-Ərdoğan görüşü olub. Amma salam Allahın salamıdır. Hamı bir-birinə salam verir. O üzdən də, bir daha qeyd edim ki, Putinin Ərdoğana Əliyevdən salam çatdırmasında bəd heç nə yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim    

Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək

Ən çox oxunanalar