Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Əliyevin sensasion açıqlaması yeni həbslərin anonsudur?..

Milli Məclisin sədr müavini hakimiyyət daxilində güclü bir qrupun prezidentin yürütdüyü siyasətə qarşı olduğunu dilə gətirib və onların Rusiyadan idarə olunduğuna işarə edib... Adil Əliyev səviyyəsində bir dövlət rəsmisinin ilk dəfədir ki, bu qədər açıq mətnlə hakimiyyət daxilindəki qarşıdurmadan danışması nədən xəbər verir?..

Politoloq: “Əslində uzun müddətdir cəmiyyəti narahat edən, ekspertlər və müxtəlif şəxslər tərəfindən dilə gətirilən həqiqətləri Adil Əliyev rəsmi şəkildə təsdiqləmiş oldu”.

Azərbaycanda hakimiyyət qollarında və dövlət qurumlarında başqa ölkələrin maraqlarını təmsil edən şəxslər, şəbəkələr zərəsizləşməlidir”.

Bu sözləri politoloq Oktay Qasımov yerli mətbuata müsahibə verən Milli Məclisin sədr müavini Adil Əliyevin sensasion açıqlamalarını PİA.az-a şərh edərkən qeyd edib.

Dünən yerli mətbuata müsahibə verən Milli Məclisin sədr müavini Adil Əliyev sensasion açıqlamalarla çıxış edib və hakimiyyət daxilində güclü bir qrupun prezidentin yürütdüyü siyasətə qarşı olduğunu və bu qrupun Rusiyadan idarə olunduğunu iddia edib.

Vitse-spikerin sözlərinə görə Ramiz Mehdiyevin liderlliyində olan həmin qrup 2019-cu ildə islahatların dayandırılması məqsədi ilə müxalifətlə birlikdə hərəkət edib. Məhz bu səbəbdən islahatları bir neçə ay təxirə salan ölkə başçısı ilk öncə DİN-də və DTX strukturlarında kadr dəyişikliyi aparıb, ardınca da bu islahatlar digər strukturları əhatə edib.

Hazırda belə hakimiyyətin heç də monolit olmadığını dilə gətirən Adil Əliyev qeyd edib ki, hazırda belə, iqtidar daxilində prezidentə qarşı güclü komanda var. və bu komanda illərdlədi ki, prezidentin Avropa Birliyi ilə əməkdaşlıq səviyyəsinin yüksəldilməsinə qarşı çıxır.

Maraqlıdır ki, Adil Əliyev öz açıqlamasında AMEA-da prezident vəzifəsini icra edən Arif Həşimov haqqında da ittihamlar səsləndirərək bildirib ki, prezident tərəfindən vəzifəyə təyin olunmayan Arif Həşimov Ramiz Mehdiyevin təlimatıları ilə işləyir.

Vitse spikerə görə korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək.

Adil Əliyev səviyyəsində bir dövlət rəsmisinin ilk dəfədir ki, bu qədər açıq mətnlə hakimiyyət daxilindəki qarşıdurmadan danışması nədən xəbər verir? Milli Məclisin sədr müavinin son açıqlaması ölkədə baş verəcək böyük dəyişikliklərin və sensasion həbslərin anonsudur?

Adil Əliyevin sensasion hesab ediləcək açıqlamalarını PİA.az-ın əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Dövlət əleyhinə olan məmurların həbsləri və vəzifədən uzaqlaşdırılması prosesi bundan sonra da davam edəcək və genişləndiriləcək”.

Adil Əliyevin bazar ertəsi veridiyi açıqlamanın dövlət rəhbərliyində təmsil olunan şəxs tərəfindən verildiyi üçün cəmiyyət tərəfindən həssaslıqla qarşılan vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, dövlət qurumlarında Azərbaycan dövlətinin bundan sonrakı inkişafına əngəl olacaq şəxslərə və şəbəkələrə qarşı ciddi tədbirlər görülməlidir:

“Dünənki açıqlama dövlət rəhbərliyində təmsil olunan şəxs tərəfindən verildiyi üçün cəmiyyət tərəfindən həssaslıqla qarşılanır. Adil Əliyev də ölkədə gedən proseslərdən kifayət qədər məlumatlı adamdır. Əslində uzun müddətdir cəmiyyəti narahat edən, ekspertlər və müxtəlif şəxslər tərəfindən dilə gətirilən həqiqətləri Adil Əliyev rəsmi şəkildə təsdiqləmiş oldu.

Bu baxımdan da Adil Əliyevin verdiyi açıqlamalar kifayət qədər ciddi və diqqətə alınası məsələdir. Deyilən məsələlərin dəqiqliyi şübhə doğurmadığı üçün Azərbaycanda hakimiyyət qollarında və dövlət qurumlarında başqa ölkələrin maraqlarını təmsil edən şəxslər, şəbəkələr zərəsizləşməlidir. Ümumiyyətlə onlar dövlət idarəçiliyindən uzaqlaşdırılmalıdır və nəzarətə götürülməlidir.

Xeyli zamandan bəri dövlətə xəyanət edən vəzifəli şəxslərin həbsləri davam edir. Son günlər Gömrük Komitəsində də həyata keçirilən həbslər, o cümlədən dəyişikliklər də əslində bunun nümunələrindən biridir. Hesab edirəm ki, dövlət əleyhinə olan məmurların həbsləri və vəzifədən uzaqlaşdırılması prosesi bundan sonra da davam edəcək və daha da genişləndiriləcək.

Oktay Qasımov: “Dünənki açıqlama dövlət rəhbərliyində təmsil olunan şəxs tərəfindən verildiyi üçün cəmiyyət tərəfindən həssaslıqla qarşılanır”.

Bu gün Azərbaycanın özü böyük çağırışlarla üz-üzədir. Azərbaycan çox ciddi hadisələrin astanasındadır. Bildiyimiz kimi Ermənistanla məsələlərdə müəyyən gərginliklər yaşanır. AzərbaycanErmənistan xarici işlər nazirlərinin bu yaxınlarda Tbilisidə ikitərəfli görüşü oldu. Amma Prezidentin də son çıxışında konkret məsələlərə toxunması bir çox mətləblədən xəbər verdi. Ölkə başçısı tərəfindən Naxçıvanı Azərbaycana birləşdirən kommunikasiya xətlərinin açılmasında 10 noyabr anlaşmasını imzalayan tərəflər kimi Ermənistanın, həmçinin Rusiyanın öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilmədiyi vurğulandı.

Xüsusilə Prezident həmin bəyanatın dördüncü bəndinin, yəni erməni silahlı qüvvələrinin Azərbaycandan çıxarılması məsələsini xüsusi vurğuladı. Bu bəyanatın müəyyən bəndlərinin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın atacağı müəyyən addımlar var. O zamana qədər də Azərbaycan dövlətinin bundan sonrakı inkişafına əngəl olacaq şəxslərə və şəbəkələrə qarşı ciddi tədbirlər görülməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Bakıda narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Ən çox oxunanalar