Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: “Suriya böhranını biz yaratmamışıq...”

Suriya böhranından irəli gələn problemlər danışıqları zəruri edir. Astana platforması konkret addımlar ata biləcək yeganə təşəbbüsdür. Gözləntimiz Rusiyaİrandan Türkiyəyə bu mübarizədə dəstək verməkdir”.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Türkiyə, Rusiyaİran prezidentlərinin Astana prosesi sammitində çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, PKK, PYD, YPG terroru hamının ortaq problemidir:

Suriyanın ərazi bütövlüyünə ən böyük maneə terrordur. Fəratın şərqində terror aktları davam edir. Qarşıdakı dövrlərdə də qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Xüsusilə ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar Suriyadakı siyasi keçid prosesinə kömək edəcək. Terror təşkilatlarının xarici dəstəyi ilə Suriyanın bölünməsi prosesinə töhfə verir”

Ərdoğan həmçinin suriyalı qaçqınların geri qayıtmasının vacibliyinə də toxunub:

“Astanalı tərəfdaşlarımızın Suriyada sabitliyə nail olmaq üçün səylərimizi dəstəkləyəcəyini gözləyirik.

Mülki yaşayış məntəqələrini hədəf alan hücumlar siyasi həll səylərimizi sarsıdır. İdlibdəki terror təşkilatlarından doğan narahatlığınızı başa düşürük. Türkiyə 3,7 milyon suriyalı qardaş və bacıya ev sahibliyi edir. Bu böhranı biz yaratmamışıq, yükün yalnız bizim üzərimizə düşəcəyini gözləmək düzgün deyil. Suriyalıların hər zamankindən daha çox köməyə ehtiyacı var. BMT-nin davamlı yardımı böhranın qarşısını almağın yeganə yoludur. Ümid edirəm ki, sammit Suriya üçün sülh və əmin-amanlığa töhfə verəcək”.

Onun sözlərinə görə, Türkiyədən 500 mindən çox suriyalı terrorçulardan təmizlənən məntəqələrə qayıdıb:

Suriyada hər zamankindən daha çox köməyə ehtiyac var. Astanalı tərəfdaşlarımızdan da eyni anlayışı gözləyirik. BMT-nin transsərhəd mexanizmi 6 ay müddətinə uzadılıb. Aydındır ki, bu müddət bütün Suriyaya yardımın planlaşdırılması üçün kifayət deyil. Aydındır ki, yeni əməkdaşlığı inkişaf etdirməyə imkan verən daha çox sammit görüşlərinin keçirilməsi faydalı olardı”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim    

Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək

Ən çox oxunanalar