Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Agentlik bir qrup əlilin aksiya keçirməsinə münasibət bildirib

"Bu gün bir neçə gözdən əlilliyi olan şəxs növbəti dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına gələrək mənzil təminatı ilə bağlı müraciətlərini ediblər. Aidiyyəti rəhbər şəxslər onları qarşılayıb qəbula dəvət etsələr də, həmin şəxslər bundan imtina ediblər".

APA xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O qeyd edib ki, hər birinin müraciəti araşdırılıb. Müəyyən olunub ki, gələnlərin bir çoxunun mənzil təminatı həyata keçirilib.

"Mənzillə təmin olunmaq hüququ yaranmayan şəxslərə isə aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub. Həmçinin mənzil növbəsində olanlara isə növbəti dəfə Abşeron rayonunda yeni yaşayış kompleksindən mənzillər təklif olunsa da, onlar Bakı şəhərinin digər rayonlarından mənzil tələbi irəli sürüblər. Onlara bildirilib ki, bu məsələyə də yalnız növbəlilik qaydasında baxılacaq. Müraciət edənlər sırasında I qrup gözdən əlilliyi olan Nuranə Cabbarlının anası Aygün Cabbarova aqressiv şəkildə, etik normalardan kənar davranışları ilə seçilib. O, əməkdaşları təhqir edib, asayişi pozmaq üçün bir neçə dəfə cəhdlər edib" - o bildirib.

Qurum rəsmisi qeyd edib ki, Aygün Cabbarovanın ailəsinə nazirlik xətti ilə kifayət qədər dəstək göstərilib.

"Özü qulluğa görə aylıq olaraq təqaüd alır. Həyat yoldaşı Cəbi Cabbarov Qarabağ əlili kimi 657 manat, Qızı Nuranə aylıq olaraq 458 manat sosial ödənişlərlə (pensiya və təqaüd) təmin edilib. Həmçinin müharibə əlili olan Cəbi Cabbarova 2021-ci ildə nazirliyin dəstəyi ilə sosial tərəfdaş vasitəsilə Mingəçevir şəhərində 3 otaqlı tam təmirli mənzil hədiyyə edilib. Əlavə olaraq, 2020-2021-ci illərdə ailəyə birdəfəlik maddi yardımlar edilib. O, hazırda “Azəriqaz” İB-də çalışır, əmək haqqı 988 manatdır" - deyə o qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

Ən çox oxunanalar