Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Estoniya Prezidenti yeni hökuməti təsdiqləyib

Estoniya Prezidenti Alar Karis ölkənin Baş naziri Kay Kallasın yeni hökumətini təsdiqləyib.

“Report” “European Truth”a istinadən xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

Daha sonra yeni hökumət parlament deputatları qarşısında and içib.

Bundan əvvəlki Nazirlər Kabineti 2021-ci ilin yanvarından fəaliyyətdə idi. O, Estoniya parlamentindəki iki ən böyük partiyanın - İslahat Partiyası və Mərkəz Partiyasının koalisiyası tərəfindən yaradılmışdı. Hökumətə “islahatçıların” lideri Kay Kallas başçılıq edirdi.

İyunun əvvəlində K.Kallas birtərəfli qaydada koalisiyadan çıxıb və “mərkəzçi” nazirləri hökumətdən kənarlaşdırıb. Bu qərara səbəb partnyorlar arasında dövlət xərclərinə dair fikir ayrılığı olub. İyulun 14-də K.Kallas istefasını və hökumətin buraxıldığını rəsmən elan edib, bu, “islahatçıların” liderinin öz postunu saxlayaraq yeni kabinet formalaşdıra bilməsi üçün formal addım idi.

İndi hökumət üç partiyanın nümayəndələrindən ibarət olacaq. Yeni koalisiyaya K.Kallasın rəhbərlik etdiyi “islahatçılar”la yanaşı, Sosial Demokratlar Partiyası və “İsamaa” (“Vətən”) mühafizəkar partiyası daxildir. Onlar birlikdə Estoniya parlamentindəki 101 deputatdan 56-sını əhatə edirlər.

Yeri gəlmişkən, gələn ilin martında ölkədə yeni seçkilər keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar