Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu saziş Cənubi Qafzaqda sülhün bərqərar olması üçün vacib qoruyucu qalxan olacaq" - Ekspert

"Azərbaycanın AB ilə yeni enerji (qaz) sazişinin imzalanması, Avropa Komissiyanın sədri Ursula von der Leyenin ölkəmizə səfəri çox önəmli hadisədir. Bu saziş tək ölkənin deyil də, bölgəmizin də qurunmasını, önəmini artıracaq, yarana biləcək münaqişələrin önlənməsinə xidmət edəcək".

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

Ekspertin sözlərinə görə, Cənubi Qafzaqda sülhün bərqərar olması və qorunması üçün bu saziş vacib qoruyucu qalxan olacaq: "Yeni saziş Azərbaycanın iqtisadi vəziyyətinə də müsbət təsir göstərəcək, qaz gəlirləri artacaq, bundan başqa iqtisadi olaraq məmləkətin Qərbə bağlantısını möhkəmləndirəcək. Uzun müddətdir ki, Azərbaycan ilə AB arasında yeni strateji tərəfdaşlıq müqaviləsi üzərində iş gedir, hələ 2019-cu ildən bu haqda ictimayətə məlumat vermişdik, danışıqlar prosesindən məlumatlı şəxslər olaraq (2019-da Brüsselə səfərimiz, ciddi görüşlərimiz olmuşdu, bundan başqa da müxtəlif səfərlər və görüşlərdə müqavilənin məğzi ilə bağlı kifayət qədər məlumatımız var) məsələnin uzanmasının səbəbini insan haqları ilə bağlı olmadığını demişdik. O zaman dünyadan bixəbər bir qrup şəxs üzərimizə hücum etdi, yalan danışdılar, yalanlarını sübut etdik, üzr də istəmədilər, faktiki olaraq həmin marginal qrup müqaviləni gözdən salmaq üçün əllərindən gələni edirdilər (bu isə bilərək, ya bilmədən Kremlin əlinə oynamaqdır) – o zaman da demişdik ki, müqavilənin uzanmasının əsas səbəbləri iqtisadi məsələlərdir. Qazla bağlı anlaşma razılaşdırılmamış əsas məsələlərdən biri idi – indi imzalanacaq qaz anlaşması AB ilə geniş müqavilənin də önünü açır, düşünürəm ki, yaxın zamanlarda Avropa Birliyi ilə yeni strateji müqavilə də imzalanacaq".

"Bir sözlə, Azərbaycan–AB arasında əlaqələrin genişlənməsi məmləkətimizin strateji dövlət maraqlarına tam uyğundur, ölkəmizin Qərblə daha sıx bağlanmasına səbəb olacaq" - N.Cəfərli əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar