Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Ənvər Abbasov deyilən təlxək haqqımda əxlaqına uyğun “yumor” işlədib”

“Bernard Şou haqlı olaraq deyirdi ki, yumor iti ağılın məhsuludur. İnsanlar təbiət etibarı ilə yumora meyllidirlər. Məşhur yumoristlərdən birinin fikridir: “Yumor nə qədər bol olsa, millət bir o qədər sağlam olar. Əsas vəzifəmiz yumoru təbii, ekoloji təmiz saxlamaqdır”.

Deputat Etibar Əliyev "Komedixana"çılara cavab verib. PİA.az-ın xəbərinə görə, E.Əliyev bildirib ki, yumor ciddi işdir:

“Əməlli-başlı ekoloji təmiz yumor qıtlığıdır. Bunun sağlamlığımıza da təsiri var.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Elias Kanetti ötən əsrin 20-ci illərində yazıçı, şair-satirik, ədəbiyyat tənqidçisi, publisist Karl Kraus haqqında bunları yazırdı: “Karl Kraus elə birinci cümləsi ilə insanları güldürürdü. Onun dinləyiciləri yalnız ziyalılar, intellektuallar olurdu. Orda bir savadsız (nadan) sifətə rast gəlmək olmazdı. Krausun satirik monoloqlarında insanlar ayrı-ayrı gülmürdülər, birgə və ucadan gülürdülər. Gülənlər çox idi, bütün bu gülüşlərdə aclıq hiss olunurdu. Mən tezliklə anladım ki, insanlar bura Karl Krausu alqışlamağa yox, intellektual zövq almağa gəlirlər.

Komediaxananın Ənvər Abbasov deyilən bir təlxək və pəzəvəng nümayəndəsi haqqımda əxlaqına uyğun bir “yumor” işlədib. Ona gülənlər içində savadsız və nadan sifətlər gördüm. Qandıqları yumor elə Ənvərin qabitusu qədər idi.

1997-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş dramaturq, rejissor və aktyor Dario Fonun Nobel nitqindən: "Əziz juri üzvləri, bu dəfə siz doğurdan da bütün sərhədləri aşmısınız. Və sizin bu həddini aşma prosesi on bir il əvvəl, bu mükafatı (qara dəriliyə) verdiyiniz vaxtdan başlayıb. Zənciyə Nobel mükafatı?! Siz bununla da kifayətlənmədiniz və mükafatı yəhudiyə verdiniz. İndi isə - təlxəyə. Neapolda deyildiyi kimi-ağılsızlığın sərhədi olmayan bir təlxəyə. Yenə də sizə deməliyəm ki, insan kütlələri mənimlə birlikdə çox gözlənilməz formada sevindilər: xüsusilə də teatral insanlar-məsələn, bir çox aktyorlar, komediantlar. Mən sizə avara-avara veyillənən, sərgərdan komediantların, təlxək və klounların, oyunbazların sevincli fəryadlarını, səsli-küylü alqışlarını çatdırmağı özümə borc bilirəm: biz bu yerə gəlib çatmışıq...

Hörmətli komediyaxanaçılar! Siz təlxək sözündən nahaq inciyirsiniz. Buna görə Nobel mükafatı alan dramaturq olub və özü-özünə təlxək deməkdən çəkinməyib... İstəsəniz sizləri Bertold Brextlə də tanış edə bilərəm...” - E.Əliyev qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ən çox oxunanalar