Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yaşar Aydəmirovun əmisi oğluyam” deyib 14 min pul aldı

Ehtiyatda olan general-leytenant, sabiq birlik komandiri Yaşar Aydəmirovun qohumu onun adından istifadə edərək dələduzluq edib.

Qafqazinfo” xəbər verir ki, David Aydəmirov adlı şəxs Yaşar Aydəmirovun əmisi oğlu olduğunu deməklə iki nəfəri aldadaraq pullarını alıb. O vəd verib ki, guya tanışlıq əlaqələri sayəsində onları Fövqəladə Hallar Nazirliyində işə düzəldəcək. Bununla da həmin şəxslərin ümumilikdə 14 050 manatını ələ keçirib. Daha sonra məlum olub ki, o, generalın əmisi oğlu yox, çox uzaq bir qohumudur.

Qusar Rayon Prokurorluğunda başlanılan cinayət işinin istintaqı tamamlandıqdan sonra D.Aydəmirov Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Məhkəmə ona 5 il 6 ay müddətinə həbs cəzası verib. David Aydəmirov məhkəmə dövründə vurduğu ziyanı ödəyib.

Qeyd edək ki, Yaşar Aydəmirov vaxtilə II Ordu Korpusunun komandiri olub. Daha sonra Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin rəisi işləyib. 2002-ci ildə general-leytenant rütbəsi alıb. 2014-cü ildə ehtiyata buraxılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ən çox oxunanalar