Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalist ona verilən evi şəhid anasına bağışladı - Foto

Tanınmış jurnalist Şakir Eminbəyli 2017-ci ildə 2-ci Jurnalistlər binasında ona verilən mənzili şəhid ailələrindən birinə bağışlayacağına söz vermişdi.

Jurnalist vədini yerinə yetirib.

Mənzilin yeni sahibi - şəhid anası artıq Jurnalistlər binasına köçüb.

Modern.az-ın məlumatına görə, Jurnalistlər binasına yerləşən şəhid anası Vətən müharibəsində həlak olmuş Yusif Budaqovun anası Lətafət Budaqovadır.

Şəhid Yusif Ramiq oğlu Budaqov 1997-ci ilin 11 oktyabrında dünyaya gəlib. Ailənin yeganə övladı olub… 2003-2014-ci illərdə Bakı şəhərindəki 132 saylı orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Atası dünyadan erkən köçdüyündən ailənin yükünü daşıyan Yusif Bakı şəhərindəki klinikada işə düzələrək, baş texnik vəzifəsində çalışıb.

Vətən müharibəsi başlayan ərəfədə səfərbərliyə cəlb olunub…
Daha sonra döyüşlərdə iştirak edib…

23 yaşını oktyabrın 11-də müharibədə - səngərdə döyüş yoldaşları ilə birlikdə qeyd edib…

Doğum günündən bir neçə gün sonra Füzuli istiqamətində döyüşlərdən birində həlak olan şəhidin nəşi oktyabrın 30-da anasına, yaxınlarına təhvil verilib. Onu 2020-ci il oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn ediblər…

Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" medalları ilə təltif olunub.

Qeyd edək ki, Şəhid anası Lətafət xanım indiyə kimi 1 otaqlı, təmirsiz mənzildə kirayə yaşayırdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar