Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX-nin Gömrükdəki əməliyyatının bəzi detalları bəlli oldu - Generallar buna görə saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gömrük Komitəsində ötən gün keçirdiyi əməliyyatla bağlı bəzi məqamlar aydınlaşıb.

"Hurriyyet.az"-ın əldə etdiyi məlumata görə, əməliyyat bir neçə gün əvvəl Binə və Sədərək Ticarət Mərkəzlərində yerləşən şirkətlərin anbarlarında aparılmış əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həyata keçirilib.

Belə ki, həmin əməliyyat vaxtı ölkəyə mal idxal edən şirkətlərin bir çoxunun vergidən yayınması, sənədlərin saxtalaşdırılması, idxal edilən malların miqdarının realda olduğu qədər göstərilməməsi və dəyərləndirilməməsi kimi faktlar üzə çıxıb. Bundan sonra Bakı şəhəri istiqamətində malların idxal-ixrac prosesini həyata keçirən əsas terminallar olan Qaradağ rayonundakı “İpək yolu” və “Abşeron” terminallarında, həmçinin Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bildirilir ki, əməliyyat çərçivəsində terminalların rəhbər şəxsləri, həmçinin “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılıb.

Qeyd edək ki, terminallara yeni rəhbərlik bir neçə ay əvvəl təyin edilmişdi.

Əməliyyat çərçivəsində Gömrük Komitəsinin sədrinin müavini İqbal Babayevin saxlanıldığı bildirilsə də, onun sonradan sərbəxt buraxıldığı məlum olub. Belə ki, Gömrük Komitəsinin bütün elektron sisteminə cavabdeh və məsul şəxs olan İ.Babayevin izahatı alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir

Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb

Ən çox oxunanalar