Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azercell" məhsulları artıq "Azərpoçt" məntəqələrində!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin BakıAbşeron məntəqələrində təqdim edilən "Azercell" xidmətləri yaxın gələcəkdə bütün şöbələrdə mümkün olacaq.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC abunəçiləri üçün rahat bağlantını təmin etmək məqsədilə mobil operatorlar arasında ilk dəfə olaraq “Azərpoçt” ilə yeni formatda əməkdaşlığa başlayır. Belə ki, hazırda BakıAbşeron üzrə “Azərpoçt” məntəqələrində "Azercell"in ödəmə kartları və digər xidmətlərinin göstərilməsi artıq təmin olunub. Xidmətlərin gələcəkdə bütün ölkəni əhatə etməsi nəzərdə tutulur. Həmin məntəqələrdə xüsusi təlim keçmiş “Azərpoçt” əməkdaşları abunəçilərin "Azercell" xidmətləri ilə bağlı suallarını cavablandıracaq, bir çox müştəri əməliyyatlarını həyata keçirə biləcəklər.

Paytaxt və bölgələr boyu fəaliyyət göstərən "Azercell" Müştəri Xidmətləri Mərkəzləri, "Azercell" Eksklüziv ofisləri və "Azercell"in rəsmi diler məntəqələrində abunəçilər üçün mümkün olan xidmət çeşidləri yaxın zamanda Azərpoçt məntəqələri vasitəsilə də vətəndaşlara təqdim ediləcək.

Xatırladaq ki, “Azərpoçt” əhaliyə ənənəvi poçt xidmətləri, bank, sığorta və s. kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və s kimi maliyyə xidmətləri, eləcə də, elektron hökumət və biznes xidmətlərini təqdim edir. Ölkəmizin ən qədim rabitə qurumu olan "Azərpoçt" ilə ölkənin aparıcı mobil rabitə operatoru “Azercell Telecom”un əməkdaşlığı hər iki təşkilat üçün əhaliyə daha rahat və keyfiyyətli xidmət göstərməyə imkan yaradacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

“Formula 1” üzrə Monako Qran-prisinin qalibi müəyyənləşib

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Qobustan və Xəzər rayonlarının bir hissəsində.qaz olmayacaq  

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Ən çox oxunanalar