Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları başlayıb

Bu gündən Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları başlayıb.

Dövlət İmtahan Mərkəzindən PİA.az-a bildirilib ki, imtahanların əvvəlcə Bakıda, 22 iyun tarixində İsmayıllıda, 23 iyunda isə Xaçmazda keçirilməsi nəzərdə tutulur. Tovuz və Naxçıvanda keçiriləcək imtahanlar haqqında yaxın günlərdə məlumat veriləcək.

Əvvəlcə, ölkə üzrə məşqçilik komissiyaları (61, 78 və 84-cü komissiyalar), daha sonra isə Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi komissiyaları (62, 79 və 85-ci komissiyalar) üzrə imtahanlar keçiriləcək. Bir neçə komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların 61, 62, 78, 79, 84 və 85-ci komissiyaların hər hansı birindən aldıqları müsbət nəticələr digərlərinə də şamil olunacaq. Qiymətlərin şamil edildiyi komissiyalar üzrə artıq nəticələr bəlli olacağına görə həmin komissiyalar üzrə buraxılış vərəqləri verilməyəcək və abituriyentin yenidən imtahanda iştirak etməsinə ehtiyac olmayacaq. Əgər abituriyent təqvimə görə birinci iştirak etdiyi komissiyadan qeyri-məqbul alarsa, onda qeydiyyatdan keçdiyi növbəti komissiyalar üzrə imtahanlarda iştirak üçün buraxılış vərəqəsini çap edə biləcək.

Abituriyentlər imtahana gələrkən mütləq özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və sağlamlıq haqqında arayışı (086U formalı) gətirməlidirlər. İmtahana gecikən abituriyentlər imtahana buraxılmayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ən çox oxunanalar