Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahil Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün görülən işləri açıqlayıb

"Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə tam uyğundur".

PİA.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfransda deyib.

Nazir ölkədə son üç il ərzində 4 milyon nəfəri əhatə edən, əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) olan 3 sosial islahat paketinin həyata keçirildiyini vurğulayıb.

O, bu dövrdə sosial ödənişlərin 65 faiz, minimum pensiyanın 2,2 dəfə, orta pensiyanın 60 faiz, minimum əmək haqqının 2,3 dəfə, illik əmək haqqı fondunun iki dəfədən çox artdığını diqqətə çatdırıb: "173 sosial xidmətdən 110-nu e-platformadan, 48-i proaktiv qaydada təqdim edilib, 388 min nəfərə e-qaydada sosial ödəniş təyin olunub".

S.Babayev yeni istifadəyə verilən “Əmək və məşğulluq” altsisteminin əmək münasibətləri sahəsinə gətirdiyi innovativ yenilik və faydaları diqqətə çatdırıb. Əmək hüquqlarının gücləndirilməsi və beynəlxalq norma və standartlara uyğun tənzimlənməsi üçün Əmək Məcəlləsinin 170 maddəsinə də dəyişikliklər hazırlanaraq təqdim edildiyini bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar