Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tutanxamonun lənəti”nin sirri açıldı

Misirşünaslar firon “Tutanxamonun lənəti” ilə bağlı şayiələri təkzib ediblər.

Deyilənlərə görə, bu şayiələri misirşünas və “Daily Mail”in jurnalisti Artur Veyqall icad edib. O, Tutanxamonun məzarının tapılması ilə bağlı eksklüziv hekayənin “Times” qəzetində peyda olmasından inciyib.

İngilis arxeoloqu Hovard Karter 1922-ci il noyabrın 4-də Misir fironunun məzarını kəşf edib. Növbəti ilin fevralında isə o, ingilis misirşünası Corc Karnarvonla birlikdə Tutanxamonun dəfn otağına daxil olub.

Kəşfdən sonra altı həftə ərzində Karnarvon ölüb, ardınca isə qazıntılarda işləyən və ya məzarı ziyarət edən insanların bir sıra müəmmalı ölümləri baş verib.

Nəticədə bir çox qəzetlər bu insanların qədim lənətin qurbanı olduqlarına dair məqalələr yaymağa başlayıblar.

Lakin alimlər məzarı ziyarət edən və ya onun kəşfinə kömək edən bir çox digər insanların uzun və sağlam ömür sürdüyünü vurğulayıblar. Onların qənaətincə, sirli ölümlərə məzardakı bakteriyalar səbəb ola bilər. (Oxu.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar