Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atlantik okeanında “Kor ərəbin mahnısı”nı ifa edən azərbaycanlı: “28 ilin kapitanıyam, amma...” - Foto, Video

Atlantik okeanında üzən gəmidə səslənən “Kor ərəbin mahnısı” sosial şəbəkələrdə sürətlə yayılıb. Hər kəs üçün onu kimin ifa etdiyi maraqlıdır.

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun şair, yazıçı və dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” dram əsərinin tamaşasına bəstələdiyi mahnını gəmi kapitanı İlqar Əhmədov ifa edir.

Oxu.Az-ın əməkdaşı qısa zamanda sosial şəbəkələrdə fenomenə çevrilən 45 yaşlı gəmi kapitanı İlqar Əhmədovla həmsöhbət olub:

- Neçə ildir, kapitan kimi çalışırsınız?

- Artıq 28 ilə yaxındır, gəmidə kapitan kimi çalışıram. Hazırda fəaliyyətimi Birləşmiş Ərəb Əmirliklərində davam etdirirəm.

- Niyə məhz “Kor ərəbin mahnısı”nı ifa etmək istədiniz?

- Tək onu deyil, bir çox bəstəkar və xalq mahnılarını ifa edirəm. Səsimin yaxşı olduğunu dostlarım və ətrafda dinləyənlər də deyirlər. Ümumilikdə isə bizim nəsildə incəsənət adamları var.

- Bəs sizin musiqi təhsiliniz varmı?

- Orta məktəbin beşinci sinfində oxuyan zaman rayonda musiqi məktəbinə getmişdim. Amma dərin musiqi təhsilim yoxdur. Musiqiçi deyiləm, kapitanam, amma səsimə görə xanəndələrdən geri qalmadığımı deyirlər. Mənim üçün bu, irsi amildir. Atamın, əmilərimin gözəl səsi olub. Kiçik qardaşım - Azərbaycanın Əməkdar artisti İlkin Əhmədovdur. Musiqi bizim üçün bir başqa aləmdir.

- Bu videonu nə zaman lentə almısınız?

- Sosial şəbəkələrdə paylaşılan videonu əslində 2016-cı ildə Atlantik okeanının cənubunda olarkən çəkmişəm. Videoların əksəriyyətini dostlarıma göndərirdim, sosial şəbəkələrdə də çoxunu onlar paylaşıblar. Bundan əlavə, 2019-2020-ci illərdə ifa etdiyim videolar da var.

- Heç gözləyirdinizmi, ifanız bu cür maraqla qarşılanar?

- Bu cür reaksiya alacağını gözləyirdim, çünki dediyim kimi, bacarmasam, oxumazdım. Yəni o mahnıları oxumağımı da məndən dostlarım xahiş edirdilər. Oxuyub, onlara atırdım. Hərəsi bir mahnı bəyənib, məndən xahiş edirdilər.

Mən işimlə əlaqədar onlarla bir süfrə başında, məclislərdə otura bilmirəm. Amma ifa etdiyim mahnıları birlikdə dinləyirlər.

- Çalışdığınız gəmidə sizdən başqa azərbaycanlı varmı?

- Xeyr.

- Hazırda hansı istiqamətdəsiniz?

- Mən Əbu-Dabidə dövlət neft şirkətinin gəmisində çalışıram. Hazırda Ərəbistandayıq.

- İfa etdiyiniz mahnılar arasında ən çox sevdiyiniz və tez-tez oxuduğunuz hansıdır?

- Sözləri Ofelya Hacıyevaya, musiqisi Şahid Əbdülkərimova məxsus, unudulmaz ifaçı Səxavət Məmmədovun ifası ilə hər kəsin sevdiyi “Şirin yuxun olaydım” mahnısıdır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar