Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da beynəlxalq kulinariya festivalında Azərbaycan mətbəxi təqdim edilib

ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində yaşayan həmvətənlərimiz ölkəmizi Birləşmiş Ştatlarda keçirilən beynəlxalq kulinariya festivalında təmsil ediblər.

Bu barədə “Report”un yerli bürosuna Amerika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Adika İqbal məlumat verib.

Cəmiyyət sədri bildirib ki, ABŞ-da yaşayan müxtəlif xalqların mədəniyyətlərinin, adət-ənənələrinin və milli mətbəxlərinin təbliği məqsədilə təşkil edilən ənənəvi festivalda 26 ölkə iştirak edib. Festival ziyarətçiləri ölkəmizlə yanaşı ABŞ, İtaliya, Almaniya, Yaponiya, Çin, Kolumbiya, Ekvador, Qırğızıstan, Meksika, Pakistan, Fələstin, Slovakiya, Suriya, Ukrayna, Vyetnam və digər ölkələrin də, mətbəxinin ləziz təmalarını dadıblar.

Festivalda qonaqlar Azərbaycan mətbəxinə xüsusi maraq göstəriblər. Qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları - plob, dolma, kabab təqdim olunub. Festivalda ölkəmiz üçün ayrılmış xüsusi guşədə Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı və mətbəxi ilə bağlı kitablar, suvenirlər nümayiş etdirilib.

A.İqbal və dərnək üzvləri yerli sakinlərə, qonaqlara ölkəmizin mədəniyyəti və mətbəxi barədə ətraflı məlumat veriblər.

Həmvətənlərimiz festival çərçivəsində qonaqlara Azərbaycan milli rəqslərini də təqdim ediblər. Milli musiqi qonaqlar tərəfindən maraqla alqışlanıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir

Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb

Ən çox oxunanalar