Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov könüllülərlə görüş keçirib

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə ölkəmizdə könüllülük hərəkatı geniş vüsət alıb.

Şirvan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin bəzi idarə, müəssisə və təşkilatlarına cəlb edilmiş könüllülər şəhərin ictimai işlərində fəal iştirak edərək, ictimai əsaslarla fəaliyyət göstərdikləri sahələrdə xeyli təcrübə əldə ediblər.

6 iyun 2022-ci ildə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son bir ildə Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülərlə görüş keçirib.
Görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək, İcra Hakimiyyətində fəaliyyət göstərən könüllülərin gördükləri işlər barədə ətraflaı məlumat verib. Bildirib ki, könüllülər daxili nizam-intizam qaydalarına ciddi əməl etmiş, verilən tapşırıqları vaxtında icra etmişlər. Onların müqavilə əsasında fəaliyyət müddətlərinin başa çatdığını və Şəhər İcra Hakimiyyəti başçısının sertifikatları ilə dəyərləndirildiyini qeyd edib.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, İcra Hakimiyyətinin şəhərin ən ali orqanı, Prezidentin yerli nümayəndəliyi olduğunu bildirib. Dövlət qulluğunda çalışmağın məsuliyyətli və şərəfli olduğunu vurğulayıb. Dövlət qulluqçularının dövlətimizə, dövlətçiliyimizə sədaqətli xidmət etməsinin önəmli olduğunu qeyd edib.

Sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov könüllülər-Xudaverdiyev Valeh Vaqif oğluna, Yusifli Adəm Elman oğluna, İsmiyev Yusif Ədalət oğluna, Mirzəli Əsmər Yaşar qızına, Rəhimzadə Cahangir Təbiət oğluna Şəhər İcra Hakimiyyətinin sertifikatlarını təqdim edib. Onların gələcəkdə müvafiq dövlət qurumlarında işlə təmin olunacağı mıəsələsinə baxılacağını bildirib. Könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Könüllülər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Ən çox oxunanalar