Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toyda məhkəmə katibini döyən polis işdən çıxarıldı

Xəbər verdiyimiz kimi, iyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində rayon məhkəməsinin katibi Yaşar Cəbiyevlə rayon polis şöbəsinin əməkdaşı, polis kapitanı Vüsal Kərimov arasında münaqişə baş verib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, bu məsələ dərhal DİN tərəfindən nəzarətə götürülməklə xidməti yoxlamalara başlanılıb:

“Polis kapitanı V.Kərimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb. Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, hadisə rayondakı “Nicat Plaza” şadlıq sarayında qeydə alınıb. Belə ki, toy mərasiminin sonuna yaxın orada qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və dava-dalaş düşüb. Bu zaman V.Kərimov məhkəmə katibini vuraraq ona xəsarətlər yetirib.(Qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ən çox oxunanalar