Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları yenə finala çıxa bilməyib - Yenilənib

Gürcüstanın paytaxtı Tbilisidəki Böyük Dəbilqədə Azərbaycanı 81 kq çəki dərəcəsində təmsil edən iki cüdoçudan heç biri finala yüksələ bilməyib.

Zelim Tçkayev yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşviliyə, Elcan Hacıyev isə cənubi koreyalı Junhvan Liyə uduzub.

Bürünc medal qarşılaşmasında Tçkayev özbəkistanlı Şarofiddin Boltaboyevlə, Hacıyev italiyalı Titsiano Falkone ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.

***

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayıb.

Məlumata görə, onların hamısı çıxışlarına 1/16 final mərhələsindən start veriblər.

73 kq çəki dərəcəsindəki Telman Vəliyev ilk görüşündə türkmənistanlı İlham Kemalovu məğlub etsə də, növbəti qarşılaşmasında yerli idmançı Georgi Çixelidzeyə qızıl xal bölümündə uduzaraq, mübarizəni dayandırıb.

81 kq çəkidə yer alan cüdoçulara gəldikdə, Zelim Tçkayev Səudiyyə Ərəbistanından olan Məhəmməd Əlhərbini yendikdən sonra kanadalı Etyen Brayana da qalib gəlib. 1/4 finalda isə o, Ukraynanı təmsil edən erməni Gevorq Manukyandan üstün olub. Tçkayev yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə qarşılaşacaq.

Elcan Hacıyev isə ilk görüşündə qırğızıstanlı Vladimir Zoloyevi, daha sonra moldovalı Viktor Sterpunu üstələyib. 1/4 finalda isə o, tacikistanlı Şodmon Rizoyevi yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda rəqib cənubi koreyalı Junhvan Li olacaq.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ən çox oxunanalar