Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Adam var kredit götürüb qəbir düzəltdirir” 

Bakı qəbiristanlıqlarında gündən-günə qanunsuz olaraq qiyməti yüksələn məzar yerləri ən çox müzakirə olunan məsələlərdəndir. Bəzən yerli bələdiyyələrdən vəfat etmiş şəxsin sahibinə elə qiymətlər deyilir ki, adamın ağlı çaşır.

Amma qanunla qəbir yerləri üçün 63 manat dövlət rüsumu nəzərdə tutulub.
Xüsusilə paytaxtdakı məzarlıqların bir neçə il əvvəl Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən alınıb yerli bələdiyyələrə verilməsindən sonra sözügedən məsələdə özbaşınalıq hökm sürür. Hər bələdiyyə və ya qəbir "biznesmenləri" müxtəlif qiymət müəyyənləşdirir.

Mövzu ilə bağlı bizim.media-nın apardığı araşdırma zamanı məlum olub ki, Bakının ciddi qəbristanlıq problem var.

Binəqədi kənd qəbiristanlığdan bildirilib ki, hazırda sözügedən məzarlıqda ölü dəfn etmək üçün yer yoxdur. Yanar dağın yaxınlığında yerləşən "Vulkan" qəbiristanlığında isə bir məzar yeri üçün lazım olan məbləğ 500-1000 manat civarındadır.

Yasamal Bələdiyyəsindən isə Qurd Qapısı qəbiristanlığında məzar yerinin qiymətlərilə yerində tanış olmaq məsləhət görülüb. Çünki bu qəbristanlığın öz "sahibləri" var. Eynilə bu qəbiristanlıqda da vəfat etmiş şəxsin dəfni üçün yer tapılmır. Burada qiymətlər isə lap kəllə-çarxdır. Bəzən sahibsiz qəbrlər sökülüb 3-4 min manata kiməsə satılır.

Qaraçuxur Bələdiyyəsinin sədri İxtiyar Nəcəfov isə hazırda Qaraçuxur qəbiristanlığında yer olmadığını, vəfat etmiş şəxslərin yalnız "Südçülük" deyilən ərazidə torpağa tapşırılmasının mümkünlüyünü vurğulayıb.

Mövzu ilə bağlı danışan sosioloq Elçin Bayramlı isə dəfnlə bağlı maraqlı məqama diqqət çəkib.

O, qohum ölülərinin hamısının eyni yerdə dəfn edilməsini absurd hesab edib:

"Əgər yaxınlıqdakı qəbiristanlıqda yer yoxdursa, ölünü başqa bir yerdə dəfn etmək olar. Burada qəbahət görmürəm. Bəzi insanlar digər dünyada sanki ölülərinin nərd oynayacaqlarını düşünərək hamısını bir ərazidə dəfn etməyə çalışırlar".

Ekspert insanların bahalı məzar daşları qoydurmasu məsələsinə də toxunaraq bu cür yanaşmanı xəstəlik adlandırıb:

"Bu cür dəbdəbəli qəbrlər təbiidir ki, daha çox sahə tutur. Az qalır ki, qəbrin üstündə imarət tikdirsinlər. Bu uzun müddətdir davam edən psixoloji xəstəlikdir. Baş daşlarına 4-5 min manat pul xərcldikdən bir-iki il sonra oraya ayaqlarını belə qoymurlar. Bu gün Azərbaycanda hətta bankdan kredit götürərək əzizlərinə baş daşı düzəltdirən insanların olması sadəcə gülməlidir".

Elçin Bayramlı onu da əlavə edib ki, insanlar arasında bu cür yanaşmaları təbliğ edənlər islama hörmətsizlik edir, dini və peyğəmbəri təhqir edirlər:

"Bu sadəcə biarbırçılıqdır. Qəbiristanlıq sanatoriya deyil ki, orada yer alıb satasan. İnsanlar həqiqəti başa düşsələr, işbazların qəbiristanlıqda qanunsuz torpaq bizneslərinə son qoyular. Qəbiristanlıqlarda sıralar müəyyən edilməli və ölülər ardıcıl şəkildə orada dəfn edilməlidir. Kiçik yarım metrlik bir lövhə qurula və bir qarışdan artıq olmayan sinə daşı qoyula bilər.Üzərində şəxsin ad-soyadı və doğum-ölüm tarixindən başqa heç nə qeyd olunmamalıdır", - deyə ekspert bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Relsin üzərində uzandı, qatar üstündən keçdi

Messinin yaşıl meydanlara hələ də qayıtmamasının səbəbi bəlli oldu

Ən çox oxunanalar