Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya bazarlarında neft bahalaşmağa başlayıb - Yenilənib

Təklifin azalması haqqında narahatlığın artması fonunda dünya bazarlarında neft bahalaşmağa başlayıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,2% bahalaşaraq 1 bareli 111 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 0,22% artaraq 1 bareli 110,53 ABŞ dolları təşkil edib.

Ağ Ev ABŞAvropa Komissiyasının Rusiyadan enerji daşıyıcılarının idxalını azaltmağa yönəlmiş tədbirlərin görülməsi zərurəti barədə bəyanatından sonra “qara qızıl”ın mümkün çatışmazlığı qiymət artımına səbəb olub.

Bundan başqa, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bəyan edib ki, əgər Aİ bu gün Rusiya neftindən imtina etməsə, embarqo tədricən tətbiq olunacaq. Bu bəyanat treyderlərin narahatlıqlarını daha da artırıb.

***

Təklifin azalması haqqında narahatlığın azalması fonunda dünya bazarlarında neft ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,67% ucuzlaşaraq, 1 bareli 110,04 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 0,61% düşərək, 1 bareli 109,62 ABŞ dolları təşkil edib.

Analitiklər hesab edirlər ki, Avropa İttifaqının (Aİ) Rusiya neftinə embarqo qoymaq ehtimalı çox azdır.

Bundan başqa, ABŞ dollarının möhkəmlənməsi də “qara qızıl”ın qiymətinə təsir göstərir. Belə ki, dolların indeksi 0,15% artaraq 102,22 bəndə çatıb. Bahalı dollar xammal materiallarını, o cümlədən nefti başqa valyutalarla alış üçün əlçatanlığını azaldır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar