Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazir SOCAR-ın məxfi saxlamaq istədiyi layihənin qiymətini açıqladı... - 2,2 milyard ABŞ dolları

Fikrət Yusifov: “Görəsən dövlətə məxsus bir neft şirkətinin neftayırma zavodunda modernizasiya və yenidənqurma xərcləri hansı məntiqlə və nə vaxtdan məxfi məlumatlar sırasına daxil edilib? Ən azından belə cavab üçün utanmaq lazım idi”.

“Belə bir tədbiri keçirməklə SOСAR sanki cəmiyyətə “biz bundan sonra görəcəyimiz işlərdə şəffaflığı təmin edəcəyik”, mesajını ötürülürmək istəyirdi. Lakin bu tədbir çox primitiv və eyni zamanda çox aşağı bir səviyyədə təşkil olunmuşdu”.

Sabiq maliyyə naziri Fikrət Yusifov dəvət aldığı SOСAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun “modernizasiya və yenidənqurulması” layihəsi ilə bağlı fikirlərini yazıb. Sabiq nazir bildirib ki, SOCAR-ın tədbiri qanununun tələbləri çərçivəsinə uyğunlaşdırılmağa çalışılsa da, “ictimai dinləmə” adı altında keçirilən belə bir görüş tam formal xarakter daşıyırdı:

“Bir neçə gün öncə SOСAR bir qrup vətəndaş cəmiyyəti üzvlərini, media nümayəndələrini Heydər Əliyev adına Neft Emalı Zavodunun “modernizasiya və yenidənqurulması” layihəsi çərçivəsində ictimai dinləmələrə dəvət etmişdi. Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri kimi mən də bu tədbirə dəvətli idim. Oradan ayrıldığım təsuratları oxucularımızla bölüşmək qərarına gəldim.

Belə bir tədbiri keçirməklə SOСAR sanki cəmiyyətə “biz bundan sonra görəcəyimiz işlərdə şəffaflığı təmin edəcəyik”, mesajını ötürülürmək istəyirdi. Lakin bu tədbir çox primitiv və eyni zamanda çox aşağı bir səviyyədə təşkil olunmuşdu. “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsinə uyğunlaşdırılmağa çalışılsa da, “ictimai dinləmə” adı altında keçirilən belə bir görüş tam formal xarakter daşıyırdı. Onun nə qədər formal və hansısa bir siyahıda “biz ictimai dinləmə” keçirtik demək üçün təşkil olunduğu açıq – aşkar görünürdü. Bu qədər formallıq heç kimə, o cümlədən, bu tədbirin təşəbbüskarlarına və onun təşkilatçılarına lazım deyildi. İstənilən ictimai dinləmənin ana xəttini məlumatların açıqlığı, şəffaflığı təşkil etməlidi.

Fikrət Yusifov: “Layihənin xərclərinin miqyasına baxmayaraq, formal keçirilən ictimai müzakirədə bu xərclərdən bir kəlmə belə danışılmadı”.

Əgər belə dinləmələrdə söhbət hər hansı bir layihədən gedərsə, bu zaman layihənin xərclərindən, bu xərclərin necə bölüşdürülməsindən mütləq danışılmalı və cəmiyyətə layihənin iqtisadi cəhətdən nə qədər səmərəli olduğu izah olunmalıdır . Biz bu ictimai dinləmədə layihənin xərcləri barəsində heç bir məlumat ala bilmədik. Vətəndaş cəmiyyəti üzvlərindən birinin aprıcıya, “bu layihənin dəyəri nə qədərdir”, sualına isə aparıcı, “bu məlumatlar məxfidir, biz onları sizə deyə bilmərik, - cavabını verdi.

Görəsən dövlətə məxsus bir neft şirkətinin neftayırma zavodunda modernizasiya və yenidənqurma xərcləri hansı məntiqlə və nə vaxtdan məxfi məlumatlar sırasına daxil edilib? Ən azından belə cavab üçün utanmaq lazım idi. Əslində internet səhifələrində bu zavodun modernizasiya və yenidənqurulmasına çəkilən xərclər barəsində məlumatlar var. Bu xərclər 2,2 milyard ABŞ dolları qədərdir. Bu heç də kiçik xərc deyil - Azərbaycan Dövlət büdcəsinin gəlirlərinin 15,5%-i, xərclərinin isə 13,0% -i qədərində bir xərcdir. Layihənin xərclərinin miqyasına baxmayaraq, formal keçirilən ictimai müzakirədə bu xərclərdən bir kəlmə belə danışılmadır”.

Sabiq nazir SOCAR-a məsləhət verərək deyib ki, bu zavodu əvvəlki yerində deyil, həm iqtisadi və həm də ekologiya baxımından Qaradağ rayonunun ərazisində tikmək lazım idi:

“Bəs əslində bu müzakirə necə olmalı idi? Bura dəvət olunmuş vətəndaş cəmiyyəti nümayəndələrini və jurnalistləri maraqlandıran hansı suallara cavab verilməli idi? Ora dəvət olunanların isə təşkilatçılara yetərincə sualları var idi. Məsələn, bu zavodun sökülüb yenidən tikilməsi iqtisadi cəhətdən nə qədər əsaslandırılmış bir addımdır? Bəlkə 1953-cü ildə bünövrəsi qoyulmuş bu zavodu (o vaxtlar zavodun indiki ərazisi Bakının mərkəzindən uzaq bir ərazi hesab olunurdusa, indi bu ərazi əhalinin sıx yaşadığı yerlərin əhatəsindədir) əvvəlki yerində deyil, həm iqtisadi və həm də ekologiya baxımından Qaradağ rayonunun ərazisində tikmək lazım idi.

Ümumiyyətlə isə dünyanın sürətlə elektromobillər istehsalına keçdiyi indiki dönəmdə, bizim yalnız bu ilin ortalarında dizel yanacağını, gələn 2023-cü ilin ortalarında isə benzini avro - 5 standartları səviyyəsində istehsal etməyimiz və bunun üçün dövlət büdcəsinin xərclərinin 13%-i qədər vəsait xərcləməyimiz iqtisadi cəhətdən nə qədər sərfəlidir? Bu gün Avropanın Norveç və Hollandiya kimi ölkələri artıq 2025-ci ildən etibarən yanacaqla işləyən avtomobillərin istehsalını və satışını qadağan etmək barədə qərar qəbul ediblər.

Bunun ardınca 2030-cu ilə Almaniya, 2040-cı ilə isə Fransa və İngiltərə yanacaqla işləyən avtomobillərin istehsalı və satışını qadağan edəcəklər. Hindistanda 2030-cu ildə yalnız elektrik və hibrid avtomobilləri almaq mümkün olacaq. Bu gün dünyada 2 milyon elektromobil çalışır. Yaxın bir neçə ildə onların sayı on milyonları ötəcək. Çünki bu gün elektromobil istehsalına çox ciddi yatrımlar edilir. Böyük yatrımlar olan yerdə isə həmişə gözlənildiyindən yüksək nəticələr əldə olunur. Dünyanın elektromobillərə üz tutduğu bir dönəmdə biz İran modelli avtomobilin istehsalına rəvac vermişik. Acınacaqlı olan isə budur ki, bu avtomobilin bütün detalları İrandan gətirilir, bizdə isə bu avtomobillər üçün heç kiçik bir detal belə istehsal olunmur.

Fikrət Yusifov: “Bu qədər vəsaitlə Azərbaycan bazarı üçün yerli istehsalı gecikdirilmiş avro 5 yanacağı əvəzinə, elektromobil istehsalını yaratmaq barədə düşünmək olardı”.

Düşünürəm ki, biz bu sahədə dünyanın getdiyi yolla getməliyik. Bakı Neftayırma zavodunun modernizasiya və yenidənqurulmasına 2,2 milyard dollar vəsaitin xərclənməsi nəzərdə tutulsa da, bu xərclər heç şübhəsiz göstəriləndən əhəmiyyətli dərəcədə çox olacaq. Çünki layihə üzrə zavodun moderinizasiyası və yenidən qurulması 2021-ci ilin əvvəlində yekunlaşdırılmalı olsa da, faktiki olaraq layihənin gələn ilin ortalarına qədər davam edəcəyi gözlənilir. Bu isə əlavə xərclər deməkdir.

Sonda: Bu qədər vəsaitlə Azərbaycan bazarı üçün yerli istehsalı gecikdirilmiş avro 5 yanacağı əvəzinə, elektromobil istehsalını yaratmaq barədə düşünmək olardı. Bunun üçün ən azından hər hansı bir elektromobil istehsalı müəssisəsinin burada filialını açmaq mümkün idi”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar