Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TƏBİB-dən qəfil ölən məktəblinin anasının fəryadına cavab - Yenilənib

TƏBİB Xətai rayonu 165 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun anası Mədinə Osmanovanın oğlunun qəfil dünyasını dəyişməsində həkim səhlənkarlığı və biganəliyinin olması barədə yayılan xəbərlərə münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2007-ci il təvəllüdlü Osmanov Ramal Zaur oğlu 10 aprel 2022-ci il tarixində saat 15:40 radələrində Sumqayıt Şəhər Uşaq Xəstəxanasına burun qanaması diaqnozu ilə daxil olub:

“Xəstəyə venadaxili qan qatılaşdırıcı inyeksiyalar olunub və plazma köçürülüb. İlkin yardım göstərildikdən və uşağın vəziyyəti stabilləşdikdən sonra onun qan xəstəliyinin olduğu təsbit edilib və ailəyə təcili tibbi yardım avtomobili vasitəsi ilə Bakıya müvafiq tibb müəssisəsinə göndərilməsi təklif edilib. Ailə tərəfindən övladlarının öz müalicə həkiminin olduğu və özəl tibb müəssisəsinə aparacaqları bildirilib, daha sonra yazılı razılıqlarına (iltizamnamə) əsasən, öz istəkləri ilə uşaq xəstəxanadan çıxarılıb”.

“Daha sonra ailə tərəfindən uşaq özəl klinikada əməliyyat edilib və bir gün nəzarətdə saxlanılıb. 11 aprel tarixində R.Osmanovun özəl xəstəxanada vəziyyəti pisləşdikdə Təcili Tibbi Yardıma müraciət edilərək 23:00-da K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib. Növbətçi həkimlər təcili yardım maşınında ilkin tibbi yardım göstərildikdən sonra lor (qulaq, burun) sahəsi üzrə ixtisaslaşmış A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yönləndirilib. R.Osmanov yolda olarkən dünyasını dəyişib”.

***

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) Xətai rayonu 165 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun anası Mədinə Osmanovanın oğlunun qəfil dünyasını dəyişməsində həkim səhlənkarlığı və biganəliyinin olması barədə ittihamına cavab verib.

İnstitutdan Oxu.Az-a bildirilib ki, Ramal Osmanov xəstəxanaya göndərişlə gəlmədiyi üçün uşağın ora gəlişindən məlumatları olmayıb:

“Uşağa ilkin tibbi yardım elə Sumqayıt Şəhər Uşaq Xəstəxanasında göstərilib. Daha sonra təcili tibbi yardım maşını bizim xəstəxanaya səhvən gəlib. Təcili yardım maşınında növbətçi həkimimiz baxış keçirib”.

“Sadəcə bizdə lor (qulaq, burun, boğaz ) sahəsində ixtisaslaşmış həkim olmadığı üçün xəstə vaxt itkisi olmadan Kliniki Tibbi Mərkəzin Uşaq Klinik xəstəxanasına yönləndirilib”, - deyə qeyd edilib.

Qeyd edək ki, bir həftə əvvəl Xətai rayonu 165 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Ramal Zaur oğlu Osmanov qəfil dünyasını dəyişib. Onun anası Mədinə Osmanovanın oğlunun vəfat etməsində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) və Ə.Qarayev adına 2 nömrəli Uşaq Klinik Xəstəxanasının həkimlərinin heç bir yardım göstərmədiklərini bildirmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ən çox oxunanalar