Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Baydendən tələb ediblər ki, Rusiyanın dondurulmuş aktivlərini təcili Ukaynaya versin” - NYT

ABŞ Prezidenti Co Bayden təcili olaraq, Rusiya Mərkəzi bankının dondurulmuş hesabından 100 milyard dollar vəsaitin humanitar yardım və hərbi kömək kimi Ukraynaya verilməsi barədə qərar qəbul etməlidir.

Belə çağırışla Harvard konstitusiya hüququ professorları Lorens Trayb və hüquqşünas Ceremi Levin çıxış ediblər. Onların açıq məktubundan parçaları «The New York Times» sitat gətirir.

Hüquqşünaslar hesab edirlər ki, bu vəsaitlərin istifadəsi Ukraynaya kömək üçün ABŞ vergi ödəyicilərinin «yükünü» yüngülləşdirər və güclü siqnal göndərər ki, ABŞ dünyanın ən güclü dövlətini də öz cinayətlərinə görə bədəl ödəməyə məcbur etməkdə qərarlıdır.

Məktubda həm də Prezident Corc Buşun 2003-cü ildəki Səddam Hüseyn hökumətinin dondurulmuş aktivlərinin İraq xalqının humanitar ehtiyaclarına və terror qurbanlarına kompensasiya kimi istifadəsi barədə qərarı xatırladılır.

«Baxmayaraq ki, Moskva, əlbəttə, ABŞ-ı səs-küylə günahlandıracaq, müəlliflərin fikrincə, bunu qulaqardına vurmaq olar - Ukrayna xalqının ehtiyacı bu ittihamdan ağır gəlməlidir» - müraciət müəllifləri əmindirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Ən çox oxunanalar