Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nərminin anası dedi ki, rəisdən pul almağa gəlmişəm" - Şahid

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmədə bəzi məqamlar məlum olub.

Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov ifadəsində cinayət işi üzrə bir neçə məqama toxunub.

Murad Süleymanov deyib ki, Nərminin yanmış meyiti tapılan gün səhər anası Aynurə İsmayılovanı Polis Şöbəsində görüb: “Yanvarın 6-da şöbənin qarşısında “razvod” bitdi, içəri keçəndə Aynurə İsmayılovanı gördüm. Soruşanda dedi ki, polis rəisi Şirzad Əsgərovdan pul almağa gəlmişəm”.

Şahid onu da bildirib ki, meyit yanması haqda polis rəisinə xəbər verəndən 15 dəqiqə sonra Şirzad Əsgərov rəis müavini Şahlar Cəfərovla hadisə yerinə gəlib: “Şirzad Əsgərov hadisə yerinə çatan kimi “Şahlar, odur - Nərmindir”.

Murad Süleymanov Nərminin meyiti tapılmazdan əvvəl aparılan axtarışlar barədə də danışıb.

Süleymanov xatırladıb ki, hələ meyit tapılmamışdan öncə rəis müavini Cəfərov ondan Dondar Quşçuda tək yaşayan sakinlər haqda soruşub.

Proses aprelin 11-də davam etdiriləcək.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar