Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Canni de Byazi Azərbaycan yığmasını xaraktersiz və qorxaq adlandırıb

"Azərbaycan millisi ilə bağlı problem çox az vaxtın olmasıdır. Malta və Latviya ilə oynadıq, hər ikisinə 0:1 hesabı ilə uduzduq və yeni sistemi sınadıq".

Apasport.az saytının “tuttomercatoweb.com”a istinadən məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

Ölkəsinin mətbuatına müsahibə verən italiyalı mütəxəssis mərkəz hücumçusu ilə bağlı problemlərinin olması ilə bağlı sualı belə cavablandırıb: “Komandada çatışmazlıqlar var. Bunun fonunda nə qurduğumuzu dərk etməkdə çətinlik çəkirik. Problemin üzərində işləyirəm. Komanda ilə bağlı digər problem xarakterdir. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya verə bilmirəm”.

Çalışdırıcı iyunda start götürəcək Millətlər Liqasında sıx qrafiklə oynayacaqlarını da sözlərinə əlavə edib: “Yığmalarla bağlı problemlər mövcuddur. 12 gün ərzində Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edəcək futbolçularım belə yoxdur! Bəzi şeylər bizi təəccübləndirir”.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında C Liqasının III qrupunda Slovakiya, Belarus və Qazaxıstanla mübarizə aparacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar