Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyev Beynəlxalq Aeroportu dronlardan mühafizə olunacaq

Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarının (PUA) aerodrom ərazisi üzərində radiosiqnallarını bloklayaraq PUA-nın icazəsiz uçuşlarının qarşısını alan kompleks sistem tətbiq ediləcək.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatlarının aerodromlar üzərində və ya uçuş-enmə zolaqlarının yaxınlığında uçuşu reysin gecikdirilməsinə, uçuşun təxirə salınmasına səbəb ola bilər, dronlarla toqquşma və ya onların təyyarənin mühərrikinə düşməsi isə hava gəmisinin zədələnməsi ilə nəticələnə bilər.

Bu səbəbdən, hava limanı ərazisinin pilotsuz uçuş aparatlarının icazəsiz istifadəsindən mühafizə edilməsi mülki aviasiya üçün prioritet vəzifədir və “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” HHİ-nin (AZANS) əsas məqsədlərindən biridir.

Bununla əlaqədar, AZANS Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün hava məkanının dronların qərəzli və ya qeyri-ixtiyari istifadəsindən qorunması üzrə tədbirlər həyata keçirəcək.

Sistem, üfüqi və şaquli müstəvilərdə səmərəli qoruyucu radiusa malik olmaqla, uçuş cədvəlinə əsasən reyslərin gecikməsi riskinin qarşısını alacaq. Dron əleyhinə mühafizə sistemi rabitə operatorları şəbəkəsinin işinə və naviqasiya sisteminin siqnallarının ötürülməsinə təsir etməyəcək.

Sistemin iş prinsipi hava limanları yaxınlığında pilotsuz uçuş aparatlarının aşkar edilməsindən və onların idarə olunmasına müdaxilə etməklə uçuş yerinə qayıtmasına məcbur etməkdən ibarətdir.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində pilotsuz uçuş aparatlarının idxalına və istismarına xüsusi icazənin alınmasının nəzərdə tutulmasına baxmayaraq, hava limanları yaxınlığında xüsusi təhlükə yaradan pilotsuz uçuş aparatlarının icazəsiz istifadəsi ilə bağlı hallar hələ də mövcuddur.

Hava gəmisinin pilotsuz uçuş aparatı ilə toqquşmasından yaranan zərər, təsirinə görə quşla toqquşmadan daha təhlükəlidir. Onların geniş yayılması, eləcə də dron istifadəçilərinin təlim keçməməsi mülki aviasiya üçün potensial riskdir.

Dronlarla bağlı insidentlər mütəmadi olaraq dünyanın müxtəlif hava limanlarında müşahidə olunur. 2018-ci ilin dekabr ayında dronla toqquşma təhlükəsi səbəbindən London şəhərinin “Getvik” hava limanında yüzlərlə uçuş gecikdirilmişdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Ən çox oxunanalar