Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vil Smit və Cessika Çesteyn "Oskar" mükafatı qazanıblar

ABŞ aktyoru və musiqiçisi Vil Smit “Kral Riçard” filmindəki roluna görə "ən yaxşı aktyor” nominasiyası üzrə "Oskar" mükafatı alıb.

Filmin rejissoru Reynaldo Markus Qrindir.

Eyni zamanda rejissor Şan Heyderin "Kar valideynlərin uşağı" filmi "ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatını qazanıb

Təşkilatçılar bildiriblər ki, Cessika Çesteyn “Temmi Feyin gözləri" filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyası üzrə "Oskar" mükafatını qazanıb.

Təntənəli mərasimin üç saata yaxın davam edib. Bu müddət ərzində 23 kateqoriyadan 15-də mükafatın qalibləri elan olunub. Bu il “Ən yaxşı film” nominasiyasında 10 film rəqabət aparıb: “Dyuna”, “Belfast”, “Yuxarı baxmayın”, “Vestsayd tarixçəsi”, “Koda”, “İtin gücü”, “Biyan pitsa”, “Kabuslar xiyabanı”, “Kral Riçard” və “Mənim avtomobilimi sür”.

Kennet Bran, Ryusuke Hamaquti, Pol Tomas Anderson, Ceyn Kempion və Stiven Spilberq “Ən yaxşı rejissor” adı uğrunda mübarizə aparıblar.

“Ən yaxşı aktrisa” kateqoriyasında qalib olmaq üçün Nikol Kidman (“Rikardo olmaq”), Oliviya Kolman (“Yad qız”), Penelopa Krus (“Paralel analar”), Cessika Çesteyn (Temmi Feyin gözləri”), Kristen Stüart (“Spenser”) mübarizə aparıblar.

Təşkilatçılar keçən il sosial məsafəni qorumaq üçün təşkilatçılar mərasimi eyni anda bir neçə yerdə, o cümlədən Los-Ancelesin “Union Station” dəmiryol vağzalında keçirməyə məcbur olmuşdular.

“Oskar” mərasiminin təşkilatçıları Ukrayna hadisələrində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.(Report)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar