Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Ukrayna müsəlmanlarının Ramazan ayında üzləşəcəkləri problemlərdən danışıb

Ukrayna Prezidenti Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı ölkəsindəki müsəlmanların Ramazan ayında əllərində silahla Ukraynanı qorumalı olacağını bildirib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Ukrayna ilə Rusiya arasında müharibənin 31-ci günündə Qətərin paytaxtında keçirilən Doha Forumunda siyasətçilərə müraciət edən Zelenski qarşıdan gələn Ramazan ayına toxunub.

Zelenski çıxışına Qətəri salamlayaraq deyib: “Sizə bildiyiniz kimi müraciət etmək istəyirəm. Əssəlamu aleykum. Bu sözlər sülh mənasını verən əsas dəyərlərdir və indi Ukraynada bunlar yoxdur. Çünki Rusiya Ukraynanı işğal edib müstəmləkəsi altına almağa qərar verdi. Gəlib özlərinin olmayanı aldılar, köhnə imperiyalardakı kimi. Rusiya Ukraynadan 28 dəfə böyükdür və dünyanın ən böyük ölkələrindən biridir. Amma bu, onlar üçün kifayət deyil. Rusiya administrasiyası bizim torpağımızı almaq və insanlarımızı fəhlə kimi istifadə etmək istəyir. Amma 31 gündür ki, Ukrayna özündən 28 dəfə böyük olan ölkəyə qarşı müqavimət göstərir.

Rusiya Ukraynanı aldıqdan sonra dayanacaqmı? Müstəmləkəçilərin tələbləri heç vaxt bitməz. Rusiya sülh içində yaşanmayan dövrlərin geri qaytarılmasını istəyir. Siz xalqınız arasında ədalətin olmasını təmin etmək üçün əlinizdən gələni edirsiniz, lakin biz 31 gündür ədalət axtarırıq. Birləşmiş Millətlər Təşkilatının köməyini yüksək qiymətləndirirəm, lakin bu, ədalətli deyil. Rusiyanın Ukraynaya etdiyi ədalətsizlikdir. Nüvə silahı ilə qorxudur və hədələyirlər”.

Ukraynadakı məscidlərin də Rusiya bombardmanlarından zərər gördüyünü bildirən Zelenski əlavə edib: “Şəhərlərimizə baxın, xüsusilə dağıntı və ağrı ilə dolu olan Mariupol şəhəri. Ukrayna müxtəlif millətlərə və dinlərə ev sahibliyi edən bir ölkədir. Ukraynada bir milyondan çox müsəlman yaşayır və Rusiya raketləri bütün xalqımızı təhdid edir. Təkcə Mariupol şəhərində 4 000 müsəlman var idi. Mariupol məscidlərində 3 həftədir ki, aralarında uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 80-ə yaxın insan var”.

O, qeyd edib ki, bütün yollar bağlıdır və Rusiya ordusu humanitar yardımın həmin əraziyə daxil olmasına mane olur: “Hazırda heç nə yoxdur. Gecə-gündüz bombalayırlar və şəhərin 90 faizi dağıdılıb. Burada 1 000 insan həyatını itirdi, amma Rusiya buna görə heç bir cəza almadı. O, müsəlmanların yaşadığı Krımın işğalına görə də cəzalandırılmayıb. Bu 31 günlük işğal zamanı məscid və kilsələr də daxil olmaqla 59 ibadət yeri, 200 məktəb və onlarla xəstəxana dağıdılıb. Yenə 10 milyon ukraynalı qaçqın vəziyyətinə düşüb və 3,5 milyondan çox ukraynalı ölkəsini tərk etməli olub. Üstəlik, onların əksəriyyəti qadınlar və uşaqlardır. Bu, qaçqın böhranı hesab olunur. Amma əsl böhran qarşıdadır”.

Ukrayna lideri qeyd edib ki, yaxın günlərdə Ramazan ayı başlayır: “Bu ayın əhəmiyyətini və mənasını heç kimə izah etməyə ehtiyac duymuruq. Bütün dünya bunu bilir və hörmət edir. Ukrayna müsəlmanları Ramazan ayında əllərində silahla ölkələrini və azadlıqlarını qorumalı olacaqlar. Biz birlikdə daha çox çalışıb Ramazan ayının Rusiyaya sülh istəməsi ilə kölgədə qalmamasını təmin etməliyik. Biz beynəlxalq asayişi təkcə Ukrayna üçün deyil, hamı üçün qorumalıyıq. Əfqanıstandan başlayaraq, İraq, Suriya, Yəmən və Somalidə sülh üçün çalışmalıyıq. Yaşasın Ukrayna”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar