Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənclər idarəsinin tenderini dəfələrlə məhkum olunmuş residivist necə udub? – Faktlar

Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “FALESON ” MMC (VÖEN- 1604643141) və “REDO-BM” MMC (VÖEN- 1604641561) olub.

Müsabiqənin şərtlərinə görə, “FALESON ” MMC və “REDO-BM” MMC aşağıda adları qeyd olunan malları Gənclər və İdman İdarəsinə satacaq və qarşılığında 48 min 415 manat alacaqlar:

Qalib şirkətlər cəmi bir ay əvvəl yaranıb…

Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, qalib şirkətlər yeni yaranıb.

Yasamal rayon Gənclər və İdman İdarəsi tender müsabiqəsini 22.02.2022-ci il tarixində elan edib. Qalib şirkətlər – “FALESON” MMC və “REDO-BM” MMC isə bundan cəmi bir ay əvvəl – 06.01.2022-ci il tarixində dövlət qeydiyyatına alınıblar.

Nizamnamə kapitalı 10 manat olan “FALESON” MMC -nin hüquqi ünvanı “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40”da yerləşir. Qanuni təmsilçisi Hüseynov Bəxtiyar Rəhman oğludur.

Nizamnamə kapitalı 20 manat olan “REDO-BM” MMC-nin hüquqi ünvanı isə “Nizami rayonu, Keşlə ŞTQ, Pəhlivan Fərzəliyev, ev 8A”da yerləşir. Qanuni təmsilçisi Redo Butşiş Moxammədoviçdir.

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi bir ay əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Qalib şirkətin direktoru residivistdir?

Müsabiqə ilə bağlı diqqət çəkən məqamlardan digəri isə qalib şirkət olan “REDO-BM”nin qanuni təmsilçisi Redo Butşişin əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmasıdır. 2010-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən açıqlanan məlumatda göstərilir ki, əvvəllər məhkum olunmuş Redo Butşiş mobil telefon oğurladığı üçün saxlanılıb. 2015-ci ildə mətbuatda gedən məlumata görə əvvəllər məhkim olunmuş 1978-ci il təvəllüdlü Redo Butşiş cibgirlikdə şübhəli bilinərək saxlanılıb və üzərindən marixuana götürülüb.

Qalib gələn digər şirkətlə bağlı isə maraqlı məqam odur ki, “FALESON” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə 200-ə yaxın şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-çoxunun qanuni təmsilçiləri də eyni şəxslər olub.

Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil. Şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.

Məsələ ilə bağlı Yasamal rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılovla əlaq saxladıq. İdarənin rəis müavini sualımıza cavab vermək əvəzinə bizə tender müsabiqəsinin necə keçirildiyini bilib-bilmədiyimiz soruşdu. “Bilmədiyimizi” dedikdən sonra “Gedin öyrənin sonra zəng edərsiniz” deyərək telefonu söndürdü.

Ümumiyyətlə tender müsabiqələrində yeni yaranan şirkətlərin qalib gəlməsi, həmçinin qalib şirkətlərlə eyni ünvanda çoxsaylı şirkətlərin qeydiyyatda olması dəfələrlə qeydə alınıb. Bundan başqa əvvəllər məhkum olunmuş şəxslərin rəhbərlik etdiyi MMC-lərin tenderlərdə qalib gəlməsi də tez-tez müşahidə olunmaqdadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar