Bakıda intihara cəhdin qarşısı alınıb.
PİA.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nərimanov rayonunda 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
pia.az